Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu həm də təmin edir – Novruzəli Aslanov

27/02/2026 10:20
Gündəm
830 25
Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu həm də təmin edir – Novruzəli Aslanov
708
Paylaşım sayı
983
Baxış sayı

“Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan tarixinin yaddaş və ədalət anlayışlarını bir nöqtədə birləşdirən mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu mərasim bir daha göstərdi ki, Xocalı faciəsi Azərbaycan xalqı üçün təkcə keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir.

Cənab Prezident İlham Əliyevin çıxışı bu məsuliyyətin dövlət səviyyəsində necə dərk edildiyini və hansı ardıcıl siyasi xətt üzərində qurulduğunu aydın şəkildə ortaya qoydu. Çıxışda səsləndirilən fikirlər bir daha bütün dünyaya açıq mesaj olaraq təqdim olundu: Xocalıda baş verənlər sıradan müharibə faciəsi deyil, məqsədli şəkildə həyata keçirilmiş etnik nifrət aktıdır. Günahsız insanların qətlə yetirilməsi, ailələrin məhv edilməsi, uşaqların və qadınların amansızcasına öldürülməsi XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixdə qalacaq. Azərbaycan cəmiyyəti bu vəhşiliyi törədənləri qətiyyətlə pisləyir və bu cinayətin arxasında dayanan Ermənistan dövlətinin məsuliyyətdən yayınmaq cəhdlərini rədd edir. Xocalı həqiqətləri nə qədər ört-basdır edilməyə çalışılsa da, zaman və faktlar həmişə ədalətin tərəfində olub.”

Gündəm24.az   bildirir ki, bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili cənab Prezidentin çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması uğrunda aparılan mübarizə ilə bağlı qeyd olunan məqamları xüsusi olaraq diqqət mərkəzinə gətirib: “Dövlət başçısı vurğuladı ki, əgər Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı olmasaydı, beynəlxalq aləmdə Xocalı faciəsi barədə saxta və təhrif olunmuş təsəvvürlər üstünlük qazana bilərdi. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Fondun başladığı genişmiqyaslı təşəbbüslər sayəsində Xocalı faciəsi beynəlxalq platformalarda gündəmə daşındı, susdurulmuş həqiqətlər danışmağa başladı. Leyla Əliyevanın bu istiqamətdə apardığı sistemli iş, Azərbaycan həqiqətlərinin müxtəlif xalqlara çatdırılmasına mühüm töhfə verdi. Xocalının azad edilməsi, Qarabağda separatizmin kökünün kəsilməsi və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması göstərdi ki, Azərbaycan dövləti öz xalqının haqqını yalnız tələb etmir, onu təmin edir. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı bu prosesin əsas dayağı oldu. Dövlət başçısının vurğuladığı kimi, ədalətin təmin olunması xalqın birliyi və ordunun gücü hesabına mümkün oldu. Bu gün həmin torpaqda ucalan abidə Xocalı sakinlərinin çəkdiyi iztirabların unudulmadığını, dövlətin bu ağrını paylaşdığını göstərir. Xocalı faciəsi xalqımızın ruhunu sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi. Məhz bu ruh, bu iradə və bu yaddaş sayəsində Xocalı həqiqətləri yaşayır və yaşayacaq” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.

Oxşarxəbərlər

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl
Gündəm

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958
5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
973
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
965
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
982
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB
Gündəm

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
969
Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU
Gündəm

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

21/09/2026 14:20
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.