Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda 4 nazirlik ləğv edilir? – Detallar

23/11/2025 23:33
Gündəm
46 3
Azərbaycanda 4 nazirlik ləğv edilir? – Detallar
62
Baxış sayı

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir.

Gündəm24.az modern.az-a istinadən xəbər verir ki, ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Ancaq sürətlə dəyişən iqtisadi-regional mühit, rəqəmsal transformasiya və dövlət xidmətlərinə artan gözləntilər idarəetmə mexanizmlərinin daha yeni mərhələyə keçməsini zəruri edir.

Müasir dövlət modeli çevik qərarvermə, səmərəli resurs bölüşdürməsi və vətəndaş məmnunluğunu prioritetə alan struktur tələb edir. Hazırkı idarəetmə sistemində müxtəlif nazirliklər, komitələr, agentliklər və publik hüquqi şəxslər geniş spektrdə fəaliyyət göstərir.

Bu qurumlar uzun illər ərzində formalaşmış inzibati mexanizmin tərkib hissəsinə çevrilib. Lakin qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Qeyd edək ki, hazırda ölkədə 17 nazirlik fəaliyyət göstərir. Bundan başqa 7 komitə, bir neçə dövlət xidməti, agentlik, xidmətlər və onlarla publik hüquqi şəxs var.

Dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir.

Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.

Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Bu praktika dünyanın bir çox ölkəsində tətbiq olunan müasir fiskal modeldir. Bu yanaşma gəlirlərin vahid mərkəzdən idarə edilməsinə, vergi və gömrük məlumat bazalarının inteqrasiyasına və büdcə planlamasının daha dəqiq aparılmasına imkan verir.

Eyni zamanda, sahibkarların dövlətlə işləməsini sadələşdirir, paralel inzibati prosedurları aradan qaldırır və fiskal nəzarətin şəffaflığını artırır. Bu birləşmə, ümumilikdə, dövlətin gəlir siyasətini daha çevik və səmərəli edə bilər.

Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icra yönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Bu model xidmətin çevikliyini artıra, qərarların qəbulunu sürətləndirə və resursların daha məqsədyönlü istifadəsinə şərait yarada bilər.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur.

Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər. Bu birləşmə “vahid sosial siyasət” modelinin qurulmasına və resursların daha effektiv bölüşdürülməsinə imkan verə bilər. Eyni yanaşma mədəniyyət və idman sahələrində də keçərlidir.

Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər.

Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi iqtisadi siyasətin vahid strateji mərkəzdən idarə olunmasını təmin edə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi isə torpaq, su ehtiyatları, meşə fondu, təbiətdən istifadə kimi sahələrdə daha balanslı idarəetmə yarada bilər.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AZCON-nun tərkibində olmaması ciddi maraq və heyrət doğuran məsələdir. Bu qurumun niyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil, sualına cavab vermək asan deyil.

Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür.

Müzakirə olunan struktur dəyişiklikləri dövlət aparatının daha müasir, çevik və funksional modelə uyğunlaşdırılması istiqamətində atıla biləcək addımlar hesab edilir.

Bu təkliflər əsasən Azərbaycanda nazirliklərin sayı 13-ə enə bilər. Qurumların birləşdirilməsi, paralel funksiyaların azaldılması və idarəetmənin sadələşdirilməsi həm resursların daha səmərəli istifadəsinə, həm də xidmətlərin və qərarvermənin sürətlənməsinə imkan yarada bilər.

Bu cür yanaşma gələcəkdə dövlət idarəçiliyinin modern standartlara uyğun inkişafı üçün yeni imkanlar açır və idarəetmədə daha sistemli yanaşmanın formalaşmasına şərait yaradır.

İstəsək də, istəməsək də dünya boyunca yaranan maliyyə böhranı, yeni yanaşmalar bu islahatları qaçılmaz edəcək.

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
65
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

18/04/2026 15:24
56
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

18/04/2026 15:04
54
Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Fidanla Lavrov Antalyada müzakirə apardı

Fidanla Lavrov Antalyada müzakirə apardı

18/04/2026 14:28
76

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.