Cümə axşamı, Avqust 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə…

05/11/2025 11:11
Gündəm
48 1
Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə…
62
Baxış sayı

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı son 5 ildə devalvasiya ilə bağlı risklərin müşahidə olunmadığını bildirib. Lakin bazarda dollarlaşma meylinin hələ də qalması bu sabitliyin nə dərəcədə davamlı olduğu barədə suallar doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, nazirin bəyanatı hökumətin makroiqtisadi sabitliyə inamını ifadə edir və bu, əsasən üç amilə söykənir:

Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək? - VACİB  AÇIQLAMA | KONKRET

“Birincisi, Azərbaycanın Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə valyuta ehtiyatları 82 milyard dollara yaxındır ki, bu da milli valyutanın dayanıqlığı üçün ciddi təminat sayılır.

İkincisi, neft və qaz ixracında müəyyən azalma olsa da, qiymətlərin yüksək qalması ixracın azalmasını kompensasiya edir və valyuta daxilolmalarını sabit saxlayır.

Üçüncüsü, xarici borc ÜDM-ə nisbəti 10 faizdən azdır ki, bu da makroiqtisadi riskləri azaldır”.

Ekspertin sözlərinə görə, bu göstəricilər qısa və orta müddətdə texniki devalvasiya ehtimalını zəif göstərir. Bununla belə, son iki ildə dollara tələbatın təxminən üç dəfə artması potensial risk kimi qiymətləndirilə bilər.

“2015-ci ilin ikiqat devalvasiyası cəmiyyətdə dərin iz buraxıb. İnsanlar hələ də manatın uzunmüddətli sabitliyinə tam etibar etmir. Üstəlik, iqtisadiyyatın böyük hissəsi – enerji, tikinti və xammal bazarları dollarla qiymətləndirilən sektorlarla bağlıdır. Əmanət faizlərinin azalması da insanları dollar saxlamağa sövq edir. Üstəlik, maliyyə bazarının dərin olmaması, manatla uzunmüddətli və gəlirli alətlərin azlığı da bu prosesi gücləndirir,” – deyə Nəsirli vurğulayıb.

Ekspert əlavə edib ki, hazırda devalvasiya riski aşağı olsa da, tam sıfır deyil. O, riskin artmasına səbəb ola biləcək dörd əsas amili də sadalayıb:

  • Qlobal neft qiymətlərinin uzunmüddətli enməsi (40 dollar səviyyəsinə qədər);
  • Xarici ticarət balansında mənfi saldonun yaranması;
  • Dövlət xərclərinin və idxalın artması nəticəsində valyutaya tələbin çoxalması;
  • Regional siyasi gərginliklərdən qaynaqlanan psixoloji təzyiqlər.

“Hazırda bu amillər aktiv deyil, amma uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi zəif qaldıqca, manatın dayaqları əsasən neft gəlirlərinə bağlı olacaq. Əsl sabitlik yalnız iqtisadi strukturun diversifikasiyası və manatla gəlir gətirən aktivlərin artması ilə təmin oluna bilər. Yəni baş nazir Mikayıl Cabbarovun başımızın altına qoyduğu yastıq o qədər də yumşaq deyil,  iqtisadiyyatda ciddi islahatlara ehtiyac var,” – iqtisadçı əlavə edib.

Oxşarxəbərlər

Mingəçevirdə faciə: Gədəbəy sakini su anbarında boğuldu
CƏMİYYƏT

Mingəçevirdə faciə: Gədəbəy sakini su anbarında boğuldu

12/08/2026 19:11
54
Şərurlu İsfəndiyar bu şəxsləri TƏHQİR ETDİ – “Onlar xəstədirlər…”
CƏMİYYƏT

Şərurlu İsfəndiyar bu şəxsləri TƏHQİR ETDİ – “Onlar xəstədirlər…”

11/08/2026 19:48
60
Pul kisələri dolacaq: Bu bürclər maddi sıxıntıdan çıxacaq
CƏMİYYƏT

Pul kisələri dolacaq: Bu bürclər maddi sıxıntıdan çıxacaq

11/08/2026 19:22
54
Bu məşhur kərə yağı marketlərdən yığışdırılır
CƏMİYYƏT

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

11/08/2026 16:50
76
Lalə Azərtaş makiyajsız görüntüsünü paylaşdı
Gündəm

Lalə Azərtaş makiyajsız görüntüsünü paylaşdı

07/08/2026 18:09
60
Sevinc Hüseynovanın Səidə Bəkirqızı ilə bağlı şikayətinin məhkəmə qərarı AÇIQLANDI
Gündəm

Sevinc Hüseynovanın Səidə Bəkirqızı ilə bağlı şikayətinin məhkəmə qərarı AÇIQLANDI

06/08/2026 19:11
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günəş belə yox oldu – VİDEO

Günəş belə yox oldu – VİDEO

12/08/2026 23:42
53
Ukrayna hərbi bazanı vurdu: Rusiyanın 4 gəmisi…

Ukrayna hərbi bazanı vurdu: Rusiyanın 4 gəmisi…

12/08/2026 23:23
54
AAYDA əməkdaşı dəhşətli qəzada həlak oldu

AAYDA əməkdaşı dəhşətli qəzada həlak oldu

12/08/2026 22:57
57
Məhkəmədən Hüseyn Həsənov barəsində yeni QƏRAR

Məhkəmədən Hüseyn Həsənov barəsində yeni QƏRAR

12/08/2026 22:15
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
67

Pakistandan gözlənilməz açıqlama: “ABŞ və İran razılığa gəldi”

Pakistandan gözlənilməz açıqlama: “ABŞ və İran razılığa gəldi”

12/08/2026 13:06
59

Qərbi Azərbaycanın unudulmaz yurdu – Doqquz

Qərbi Azərbaycanın unudulmaz yurdu – Doqquz

12/08/2026 09:52
69

“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR

“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR

11/08/2026 18:56
127

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.