Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub…

25/05/2026 11:28
Gündəm
828 25
“Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub…
706
Paylaşım sayı
981
Baxış sayı

“Uğur 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevaya ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Gündəm24.az   report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslərin ali və orta tibb təhsili yoxdur. Onlar qanunsuz olaraq “Uğur 777” adı altında estetik əməliyyat mərkəzi yaradıb, orada fəaliyyət göstəriblər. Belə ki, mərkəzə esterik əməliyyat üçün müraciət edən Ləman Nəbiyevdan 600 manat ödəniş alınıb. Lakin qüsurlu əməliyyat baş tutub.

Həmçinin Ceyhunə Fərəcovanın əməliyyat olunması üçün 2400 manat ödəniş edilib, lakin qüsurlu əməliyyat həyata keçirib. Eyni zamanda zərərçəkmiş Hepatet C virusuna yoluxub.

Daha sonra Ləman Əhmədli 501 manat ödəniş edilib və qüsurlu əməliyyat həyata keçirilib. Tamara Səlimova qaş korreksiyası proseduru üçün müraciət edib 650 manat, Şamama Quliyeva da həmin proses üzrə 600 manat ödəniş edib, hər iki əməliyyat uğursuz keçib.

İttiham olunan hər üç şəxs özünü təqsirli bilməyib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə məlumat və videogörüntülər yayılıb.

Sözügedən məlumatlarla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “Uğur 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı onların müvafiq ali və ya orta ixtisas tibbi təhsili, “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri”nin olmadığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

Oxşarxəbərlər

“Sədərək” və “Binə” ticarət mərkəzləri bağlanır?
Gündəm

“Sədərək” və “Binə” ticarət mərkəzləri bağlanır?

28/11/2026 09:52
956
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumu iddialara cavab verdi
Gündəm

Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumu iddialara cavab verdi

24/11/2026 16:21
962
Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi
Gündəm

Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi

24/11/2026 15:01
971
Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ
Gündəm

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ

20/11/2026 13:37
967
Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: “O, bir rektorun qurbanı oldu”
Gündəm

Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: “O, bir rektorun qurbanı oldu”

19/11/2026 13:44
970
Detallar açıqlandı: Nəsimini neçə il həbs gözləyir? – İlkin rəqəm
Gündəm

Detallar açıqlandı: Nəsimini neçə il həbs gözləyir? – İlkin rəqəm

17/11/2026 15:15
974

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
958
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
960
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
962

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.