Cümə axşamı, İyun 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”- Deputat yeni həbslərin anonsunu verdi

18/10/2025 16:47
Gündəm
49 1
“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”- Deputat yeni həbslərin anonsunu verdi
63
Baxış sayı

“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”.

Gündəm24.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, çevrilişə cəhd kollektiv, komanda halında olur:

 

“Deməli, istintaqın gedişində, ilk növbədə, şaxələnmə olacaq. Bir neçə komponentlər üzrə, ayrı-ayrı istiqamətlərdə daha çox şəxsin prosesə cəlb olunması baş verə bilər. Bu, ittihamın hüquqi xarakteri ilə bağlıdır.

Dövlət çevrilişinə cəhd böyük bir şəbəkənin olmasını tələb edir. İttihamda belə bir şəbəkə mövcudluğuna eyham var və sadəcə onun ifşa olunması məsələsi qalır”.

Parlament üzvü qeyd edib ki, belə bir cəhdin arxasında hansısa xarici qüvvələrin olması istisna edilmir:

“İkincisi, dövlət çevrilişinə cəhd xarici dəstək olmadan mümkün deyil. Bilirik ki, bəzi qonşularımız Cənubi Qafqaz respublikalarında paralel çevriliş ssenariləri işləyib hazırlayır. Bu yolla həmin qüvvələr Cənubi Qafqazı öz imperiya peykinin ətrafına toplamağa çalışır.

Əlbəttə, bu məsələdə mütləq xarici ölkələrin xüsusi xidmət orqanlarının izini axtarmaq lazım gələcək”.

H. Babaoğlu vurğulayıb ki, dövlətin əsas vəzifəsi vətəndaşların təhlükəsizliyinin qorunmasıdır:

“Fikrimcə, Azərbaycanın peşəkar təhlükəsizlik xidməti mütəxəssisləri bu işi sona qədər araşdıracaq və cəmiyyətə lazım olan məlumatları verəcək. Həmin cinayətkarlar cəzalandırlacaq. Həm də elə etmək lazımdır ki, bundan sonrakı mərhələdə də heç kəs cəsarət edib Azərbaycanın legitim hakimiyyətini devirməyə cəhd göstərməsin və ölkədə xaos yaratmağa cəsarət etməsin.

Biz tarixi qələbə əldə etmişik və bu qələbəni əlimizdən almaq istəyənlər var. Azərbaycan dövlətinin əsas vəzifəsi vətəndaşlarımızın təhlükəsizliyini və əldə etdiyimiz tarixi zəfəri qorumaqdan ibarətdir ki, atılan addım da dövlətin bu qətiyyətinin göstəricisidir”.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi R. Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Ramiz Mehdiyev 2020-ci ildə Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onlardan biri də Hikmət Babaoğludur.

Oxşarxəbərlər

Gəmidə ölən azərbaycanlılar görün kim imiş – ADLAR
Gündəm

Gəmidə ölən azərbaycanlılar görün kim imiş – ADLAR

05/06/2026 16:38
59
Əşrəf Veysəlli vəfat etdi
Gündəm

Əşrəf Veysəlli vəfat etdi

05/06/2026 12:57
62
Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto
Gündəm

Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto

02/06/2026 12:05
63
Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO
Gündəm

Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO

02/06/2026 11:34
61
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…
Gündəm

Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…

01/06/2026 16:35
69
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT
Gündəm

Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT

30/05/2026 12:59
59

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu türk ölkəsi İrana səfər etməməyə çağırdı

Bu türk ölkəsi İrana səfər etməməyə çağırdı

11/06/2026 14:02
50
Qardaş ölkədə faciə: Xeyli hərbçi həyatını itirdi

Qardaş ölkədə faciə: Xeyli hərbçi həyatını itirdi

11/06/2026 14:00
50
İmtahana gedən tələbə quyuya düşdü – VİDEO

İmtahana gedən tələbə quyuya düşdü – VİDEO

11/06/2026 13:33
52
Oman sahillərində tanker yanıb

Oman sahillərində tanker yanıb

11/06/2026 13:25
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
70

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

09/06/2026 15:19
57

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

08/06/2026 12:02
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.