Cümə axşamı, Aprel 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İstanbulda Azərbaycan məktəbi yaradılacaq

23/12/2025 13:27
Gündəm
45 1
İstanbulda Azərbaycan məktəbi yaradılacaq
58
Baxış sayı

İstanbulda ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsi yaradılacaq.

Gündəm24.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanıb. Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Əlavə Protokol Sazişin 19-cu maddəsinə uyğun olaraq bağlanıb və məktəb binalarının istifadəyə verilməsi, həmin binalarda təhsil fəaliyyətinin həyata keçirilməsi, eləcə də idarəetmə, maliyyə və təmir-bərpa ilə bağlı məsələləri tənzimləyir. Protokola əsasən, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə qanunvericiliyinə uyğun olaraq ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması, habelə Azərbaycan Respublikasında “Bakı Türk Təhsil Müəssisələri”nin fəaliyyəti üçün müvafiq binaların qarşılıqlı olaraq müddətsiz və əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman məktəb binalarının mülkiyyət hüququ istifadəyə verən tərəfdə saxlanılır.

Sənəddə Azərbaycan təhsil müəssisəsində təhsilin Azərbaycan Respublikasının dövlət təhsil proqramları və beynəlxalq təhsil proqramları əsasında həyata keçirilməsi, türk dili və türk fənlərinin tədrisi, müəllim heyətinin təmin edilməsi, əməkhaqqının ödənilməsi mexanizmləri, dərslik və tədris ləvazimatlarının gömrük prosedurları, habelə müəllimlər və onların ailə üzvləri üçün müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Əlavə Protokolda məktəb binalarının yalnız təhsil məqsədləri üçün istifadə olunması, tədris fəaliyyətinin daimi dayandırılması hallarında istifadə hüququna xitam verilməsi qaydası, habelə binaların yararlı vəziyyətdə təhvil-təslim olunması prosedurları müəyyən edilib. Eyni zamanda, təmir, bərpa, yenidənqurma və əlavə tikinti işlərinin İstifadəyə verilmiş tərəfin məsuliyyətində olduğu, istifadə hüququna xitam verildikdə isə həmin tərəf tərəfindən sonradan inşa edilmiş obyektlərin və qurğuların əvəzi ödənilmədən binanı istifadəyə verən tərəfin mülkiyyətində qalacağı təsbit edilir.

Əlavə Protokol maliyyə məsələlərinin, o cümlədən vergi və rüsumların tutulmasının tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşarxəbərlər

Sabir Rüstəmxanlıya Türkiyə hökumətindən yüksək dəyər – VİDEO
Gündəm

Sabir Rüstəmxanlıya Türkiyə hökumətindən yüksək dəyər – VİDEO

29/04/2026 17:48
54
Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
Gündəm

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

29/04/2026 13:48
63
Məşhur polkovnik vəfat etdi
Gündəm

Məşhur polkovnik vəfat etdi

29/04/2026 09:46
58
Daha bir “tiktoker” həbs olundu
Gündəm

Daha bir “tiktoker” həbs olundu

28/04/2026 20:23
55
“ATV” və “ARB” birləşir? – RƏSMİ
Gündəm

“ATV” və “ARB” birləşir? – RƏSMİ

28/04/2026 11:00
61
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR
Gündəm

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR

28/04/2026 09:38
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO

29/04/2026 20:45
53
Natiq Vəliyev VƏFAT ETDİ

Natiq Vəliyev VƏFAT ETDİ

29/04/2026 20:20
53
Növbəti iclas Azərbaycanda keçiriləcək

Növbəti iclas Azərbaycanda keçiriləcək

29/04/2026 18:52
59
Azərbaycanda “Roblox” və “PubG” qadağan edilir? – Uşaqlar nə edəcək?

Azərbaycanda “Roblox” və “PubG” qadağan edilir? – Uşaqlar nə edəcək?

29/04/2026 18:38
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.