Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi – FOTOLAR

12/12/2025 12:22
Gündəm
51 4
Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi – FOTOLAR

????????????????????????????????????

70
Baxış sayı

Dekabrın 11-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində “Sən elə bir zirvəsən!” adlı foto-sərgi keçirilib.

Gündəm24.az bildirir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və millət vəkili Fariz İsmayılzadənin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan foto-sərgi Ümummilli Lider Heydər Əliyevin  və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub. Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb. 1990-cı illərin ağır, taleyüklü günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, sabitlik və inkişafın bünövrəsini qoyub. Bu gün iqtisadiyyatımızın, ordu qüdrətimizin, beynəlxalq nüfuzumuzun əsasını məhz onun uzaqgörən siyasəti formalaşdırıb.

İcra başçısı qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan idi və bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onun ideyalarının əbədi yaşarlığının ən böyük sübutudur.

Millət vəkili Fariz İsmayılzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir, onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, xüsusilə də gənclərimiz üçün böyük nümunədir. Onun sözlərinə görə, sərginin təşkil olunmasında və arxiv materiallarının bir araya gətirilməsində əsas məqsəd lənkəranlı gəncləri Ümummilli Liderin Lənkərana olan səfərləri ilə tanış etmək, onlara yeni ilham və motivasiya verməkdir. Onun sözlərinə görə, nümayiş olunan hər bir foto Ulu Öndərin xalqa xidmət yolunu, onun prinsipiallığını, dövlətə bağlılığını və son nəfəsinə qədər Azərbaycan uğrunda çalışmasını əks etdirir.

Tədbirin bədii hissəsində şagirlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib.

Bədii hissədən sonra tədbir iştirakçıları Azərtacın foto müxbiri Hacıağa Səlimovun lentə aldığı Ümummilli Lider Heydər Əliyevin Lənkəran rayonuna səfərlərini özündə əks etdirən fotolardan ibarət sərgiylə tanış olublar.

Tədbirdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə  “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR Lənkəranda Heydər Əliyevlə bağlı foto-sərgi və forum keçirildi - FOTOLAR

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
60
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zaur Kamalın efirinə icazə verilmədi

Zaur Kamalın efirinə icazə verilmədi

26/04/2026 11:21
59
Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

26/04/2026 11:10
66
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
68
Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
74

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
78

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
68

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.