Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi

18/12/2025 18:29
Gündəm
48 3
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi
65
Baxış sayı

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.

Gündəm24.az xəbər verir ki, iclasda Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub.

Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxunub:

“Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlət başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident eyni zamanda həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi”.

R.Məcid qeyd edib ki, Prezident İlham Əliyevin fikirləri Mətbuat Şurası qarşısında da məsuliyyət müəyyənləşdirir və Şuranın İdarə Heyəti üzvlərinin təklifləri qurumun bununla bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşib. Qərara alınıb ki, tərkibdə İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün. Qurumun fəaliyyətinə gəlincə, mövcud istiqamətdə konkret iş planı hazırlanacaq və görüləcək işlər dəqiqləşdiriləcək.

İclasda həmçinin diqqətə çatdırılıb ki, Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac var.

İclasda məsələ ilə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və təkliflər irəli sürülüb. Qərara alınıb ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.

İdarə Heyətinin son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub.

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi

Oxşarxəbərlər

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
Gündəm

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

29/04/2026 13:48
62
Məşhur polkovnik vəfat etdi
Gündəm

Məşhur polkovnik vəfat etdi

29/04/2026 09:46
58
Daha bir “tiktoker” həbs olundu
Gündəm

Daha bir “tiktoker” həbs olundu

28/04/2026 20:23
55
“ATV” və “ARB” birləşir? – RƏSMİ
Gündəm

“ATV” və “ARB” birləşir? – RƏSMİ

28/04/2026 11:00
61
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR
Gündəm

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR

28/04/2026 09:38
62
Ərəblər Bakıda evi küllüyə döndərdi – Biabırçı görüntülər – VİDEO
Gündəm

Ərəblər Bakıda evi küllüyə döndərdi – Biabırçı görüntülər – VİDEO

27/04/2026 12:35
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

29/04/2026 15:17
59
Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir – VİDEO

Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir – VİDEO

29/04/2026 15:07
65
200 it yanaraq ÖLDÜ- QAN DONDURAN HADİSƏ

200 it yanaraq ÖLDÜ- QAN DONDURAN HADİSƏ

29/04/2026 15:06
62
İranda FACİƏ – Çox sayda ölən var

İranda FACİƏ – Çox sayda ölən var

29/04/2026 15:02
63

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.