Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
Gündəm
54 1
Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
69
Baxış sayı

“Səhiyyə sistemində idarəetmə prinsiplərinin pozulması, peşəkar kadrların kütləvi şəkildə uzaqlaşdırılması və TƏBİB-in daxili siyasəti ictimaiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə yeni rəhbərliyin “öz komandamla gəlirəm” prinsipi ilə tanınmış mütəxəssisləri əvəzləməsi dövlət idarəçiliyi və kadr potensialının qorunması baxımından kəskin tənqidlərlə qarşılanır”.

Gündəm24.az  xəbər verir ki, bu barədə hərbi ekspert, polkovnik Üzeyir Cəfərov danışıb.

Onun sözlərinə görə, TƏBİB-in hazırkı rəhbərliyinin fəaliyyət metodu peşəkarlıqdan uzaqdır: “Mən hesab eləyirəm ki, Anar Bayramovun hərəkətləri ‘Çapayev hərəkətləri’dir. Çapayev üslubu yanlış üslubdur. Vasili İvanoviç Çapayev heç nədən başı çıxmırdı, amma hamısından özünü ağıllı göstərirdi. Mən qətiyyən demək istəmirəm ki, Anar Bayramov kimdənsə savadsızdır, amma onun yanaşması kökündən yanlışdır. Bu özəlləşdirilmiş hansısa bir təşkilat deyil, dövlət idarəsidir. Bu özü də çox həssas bir qurumdur”.

Polkovnik qeyd edib ki, qurum daxilindəki kütləvi kadr dəyişiklikləri idarəçilik məntiqinə sığmır: “Bir ay bir işləyin, baxın görün insan işinin öhdəsindən gəlir ya yox? ‘Mən gəlmişəm, öz komandamla gəlirəm’ nə deməkdir? Elə mən gəldim, burda mənəm ‘Bağdadda kor xəlifə’… Bu günləri kütləvi şəkildə bu proses kənardan çox eybəcər görünür. Belə çıxır ki, indiyə qədər bütün xəstəxanaların rəhbərləri yaramaz imiş, əliəyri imiş və Azərbaycanı böyür üstə aparırmışlar. İndi Anar Bayramov gəlib bütün işləri bir əmrlə düzəldəcək?”.

Üzeyir Cəfərovun fikrincə, bu cür yanaşma mütəxəssislərə qarşı hörmətsizlikdir: “Sən kresloda otura bilərsən, amma Azərbaycan miqyasında düşünməlisən. Bir kollektivin rəhbərini dəyişirsənsə, ora qoyduğun adam da sənə baxıb dost-tanışını yığmağa başlayacaq və işləməyə vaxt qalmayacaq. Bu gün TƏBİB-də ‘onu çıxartdılar, bunu çıxartdılar’ xəbərləri şıdırğı gedir. Onsuz da səhiyyəmiz axsayır, mən Azərbaycanda yaşayan bir insan kimi hər şeyi görürəm. Yeni Klinikanın, Mirqasımov, Topçubaşov, Cavadzadə adına xəstəxanaların mütəxəssis rəhbərlərini çıxarmısınız. Mən bunu özüm üçün təhqir sayıram və o peşəkar həkimlərin səssizcə getməsinə təəccüblənirəm”.

Ekspert sonda vurğulayıb ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ağır nəticələrə yol aça bilər: “Ölkə başçısı kiməsə etimad verib vəzifəyə qoyursa, bu, hər şeyi dağıtmaq icazəsi deyil. Nəsiminin keçmiş icra başçısını xatırlayın; prezident etimad verdi, amma 40 gün keçmədi ki, əməllərinə görə onu vəzifədən uzaqlaşdırdı. Çünki biz Bakıda yaşayırıq, kimin nə etdiyini, hansı bağa girdiyini, nə alıb-verdiyini hamımız görürük”.//”Tv Musavat”

Oxşarxəbərlər

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
57
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
56
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
59
Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
61
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Gündəm

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

02/07/2026 21:02
54
Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında
Gündəm

Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında

02/07/2026 17:12
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məşhur aktrisa vəfat etdi – FOTO

Məşhur aktrisa vəfat etdi – FOTO

08/07/2026 20:51
52
Tanınmış alim yıxılaraq dünyasını dəyişdi – FOTO

Tanınmış alim yıxılaraq dünyasını dəyişdi – FOTO

08/07/2026 20:43
54
Yarımştat işlərdə əməkhaqqı belə TƏYİN EDİLİR

Yarımştat işlərdə əməkhaqqı belə TƏYİN EDİLİR

08/07/2026 20:21
53
Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı – ŞOK VİDEO

Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı – ŞOK VİDEO

08/07/2026 19:57
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
73

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In