Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya öz adamını Azərbaycan diaspor təşkilatına rəhbər gətirir – DOSYE

14/12/2025 21:15
Gündəm
833 8
Rusiya öz adamını Azərbaycan diaspor təşkilatına rəhbər gətirir – DOSYE
696
Paylaşım sayı
967
Baxış sayı

Rusiyada Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı ətrafında baş verən proseslər yeni mərhələyə qədəm qoyub.

Gündəm24.az  modern.az-a istinadən xəbər verir ki, Yekaterinburqdakı məscidlərdə inanclılara vərəqələr paylanaraq “Ural azərbaycanlı icmasının rəhbəri” vəzifəsinə yeni namizədin irəli sürüldüyü bildirilir.

Bu proseslər iyun ayında Rusiya İstintaq Komitəsinin “etnik cinayətkar qrup” işi üzrə cinayət işi açmasından sonra sürətlənib.

Həmin iş çərçivəsində uzun illər Uraldakı Azərbaycan icmasına rəhbərlik etmiş Şahin Şıxlinski saxlanılıb və ona bir neçə qətl, həmçinin digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı irəli sürülüb. Hazırda məhkəmə prosesi davam edir. Yeri gəlmişkən bir neçə gün öncə məlum olub ki, Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S. Karapetyan alıb. Maraqlıdır ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Şıxlinskini diaspora lideri kimi əvəz etdiyi bildirilən Vidadi Mustafayev də həbs edilib. O, külli miqdarda dələduzluqda ittiham olunur və məhkəmə onun barəsində yanvarın 31-dək həbs qətimkan tədbiri seçib.

Mediada yer alan məlumatlara görə, bu proseslərin fonunda Uraldakı Azərbaycan diasporuna rəhbərlik etmək istəyən yeni namizəd ortaya çıxıb. “Kommersant” və “SP” nəşrlərinin yazdığına görə, həmin namizəd Kərim Qasımovdur. Onun 69 yaşı var, əslən Azərbaycanın Masallı rayonundandır və 1976-cı ildən Rusiyada yaşayır.

Kərim Qasımov Rusiya Daxili İşlər Nazirliyində çalışıb, istefada olan polis polkovnikidir və beş övladı var. Bildirilir ki, o, 2014-cü ildən “14 müqəddəs məscid” adlı müsəlman dini qurumuna rəhbərlik edir.

Məlumata görə, Kərim Qasımovun namizədliyi yaxın vaxtlarda keçirilməsi gözlənilən qurultayda müzakirə olunacaq. O, yerli mətbuata müsahibəsində qurultayın vaxtı ilə bağlı danışıqların davam etdiyini, tədbirin gələn ilin yanvarın 5-də keçirilə biləcəyini bildirib. Qasımovun sözlərinə görə, Ural Federal Dairəsi üçün “Azərbaycan-Ural” regionlararası ictimai təşkilatının nizamnaməsi hazırlanır.

Kərim Qasımov çıxışlarında seçki platformasının əsas xəttinin azərbaycanlıların birliyi və Rusiya ilə dostluq münasibətlərinin qorunması olduğunu bildirib. O, həmçinin əvvəlki rəhbərliyin legitimliyini sual altına alaraq, diasporun fərqli istiqamətdə fəaliyyət göstərəcəyini vurğulayıb. Qasımovun sözlərinə görə, məqsəd sülh, dostluq, firavanlıq və birlik prinsiplərinə əsaslanan fəaliyyət qurmaq, eyni zamanda gələcək üçün gənc liderlər yetişdirməkdir. O, hazırda seçkilərdə rəqibinin olmadığını da qeyd edib.

Müşahidəçilər bildirirlər ki, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı olan Kərim Qasımovun Sverdlovsk vilayətinin güc strukturlarının dəstəyini aldığı ehtimal olunur və onun namizədliyi Rusiyada Azərbaycan diaspor təşkilatının rəhbərliyində yeni xəttin formalaşması kimi qiymətləndirilir.

Oxşarxəbərlər

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl
Gündəm

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958
5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
973
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
965
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
982
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB
Gündəm

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
969
Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU
Gündəm

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

21/09/2026 14:20
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.