Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi mühüm ideoloji mesajdır – RƏY

23/12/2025 13:14
Gündəm
60 1
“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi mühüm ideoloji mesajdır – RƏY
77
Baxış sayı

Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir.

Gündəm24.az bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət başçısın Sərəncamı ilə “Şəhərsalma və Memarlıq ili” elan olunması heç də təsadüfi deyil.

“Ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin tarixi qədimdir. Azərbaycan yaşı 5 min il olaraq müəyyən edilmiş Azıx mağarasından və qədimliyi ilə turistləri heyran edən Qobustan qayalarından tutmuş, ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzinə qədər çoxçeşidli memarlıq nümunələri ilə zəngindir. Demək olar ki, hər bölgəmizdə müxtəlif tarixi dövrlərin sənət üslubunu yaşadan mədəni adidələrimiz var. Müasir milli memarlığımız da məhz bu zəngin mədəni miras üzərində inkişaf edir və ildən ilə öz unikallığı ilə seçilən memarlıq əsərləri meydana gəlir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, “Ağ şəhər” kompleksi kimi layihələr sadəcə müasir memarlıq nümunələri deyil, həm də dinamik inkişafın və gələcəyə strateji baxışın rəmzləridir. Paytaxtın və regionların tarazlı və ahəngdar inkişafı dövlət siyasətimizin əsas prioritetlərindən biridir”, – deputat bildirib.

"Şəhərsalma və Memarlıq İli"nin elan edilməsi mühüm ideoloji mesajdır - RƏY

C.Feyziyev qeyd edib ki, bu baxımdan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük bir sınaq və yaradıcılıq meydanıdır.

“Keçən il Şuşada keçirilmiş Şəhərsalma və Memarlıq Forumu da ölkəmizdə milli memarlıq sənətini müasir beynəlxalq trendlərlə daha da zənginləşdirmək və gələcəyin şəhərlərini bu gün tikmək məqsədi daşıyırdı. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir. Yeni salınan yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, müstəsna olaraq yenilənən enerji növlərindən istifadə edilməsi öz doğma yurdlarına qayıdan soydaşlarımızın sosial rifahının və yaşam tərzinin ən yüksək standartlar səviyyəsində təmin olunduğunu göstərir”, – o vurğulayıb.

Deputat 2026-cı ildə, yəni “Şəhərsalma və Memarlıq İli”ndə ən müasir standartlar əsasında yenidən qurulan şəhərlərimizin açılışının da şahidi olacağımızı istisna etməyib:

“Bu həm 30 il ərzində işğalçılar tərəfindən darmadağın edilmiş şəhərlərimizə yeni həyat gətirəcək, həm də Azərbaycanın çağdaş memarlıq nailiyyətlərini bütün düyaya təqdim etmək üçün gözəl fürsət yaradacaq.

UN-Habitat ilə əməkdaşlıq, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizin qlobal urbanistik proseslərdə maraqlı tərəf və eyni zamanda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir”.

Milli Məclisin üzvü “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinin bütövlükdə cəmiyyət üçün də mühüm ideoloji mesaj olduğunu diqqətə çatdırıb:

Şəhər mədəniyyəti yalnız memarlıq həlləri ilə formalaşmır; bu anlayış ictimai davranış, tarixi irsə münasibət, estetik zövq və məsuliyyət hissinin vəhdətini özündə ehtiva edir. Yaşadığımız mühitə hörmət, ictimai məkanların qorunması, şəhər estetikasının dərk edilməsi də şəhər mədəniyyətinin vacib göstəriciləridir. Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın inkişaf yolunda strateji baxımdan düşünülmüş, gələcəyə hesablanmış bir qərardır. Əminəm ki, 2026-cı il Azərbaycanın şəhərsalma tarixində yeni və əlamətdar bir mərhələ kimi böyük uğurlarla tarixə yazılacaq”.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Netanyahu AXTARIŞA VERİLDİ

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
50
Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

14/07/2026 19:26
52
“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

14/07/2026 18:58
50
Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

14/07/2026 18:55
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
59

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.