Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ! ABŞ-dən Azərbaycanla bağlı XƏBƏRDARLIQ – Nə baş verir?

04/05/2026 11:47
Gündəm
829 9
TƏCİLİ! ABŞ-dən Azərbaycanla bağlı XƏBƏRDARLIQ – Nə baş verir?
693
Paylaşım sayı
963
Baxış sayı

Bu gün ABŞ Dövlət Departamentinin Azərbaycan üçün səfər xəbərdarlığını 3-cü səviyyəyə qaldırması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Vaşinqtonun öz vətəndaşlarına “Azərbaycana getməyin” və ya “Səfərə yenidən baxın” mesajı verməsi, adətən aktiv müharibə və ya kütləvi iğtişaş zonaları üçün tətbiq edilən bir prosedur olduğundan, cəmiyyətdə haqlı suallar yaradıb. Bu rəsmi qərarın pərdəarxasında Azərbaycanın daxili sabitliyi deyil, daha çox xarici sərhədlərdəki, xüsusilə İranla cənub sərhədindəki gərgin dinamika və azad edilmiş ərazilərdəki mina təhlükəsi dayanır.

Beynəlxalq praktikada bürokratik bir mexanizm olan bu xəbərdarlıq, zamanlama baxımından kifayət qədər ziddiyyətlidir. Belə ki, cəmi iki ay öncə ABŞ-nin yüksək səviyyəli rəhbərliyinin (Vitse-prezident C.D. Vens) Bakıda strateji tərəfdaşlıq sənədləri imzalaması fonunda bu qərarın verilməsi dövlətlərarası münasibətlərin ruhuna kölgə salır. Əsas narahatlıq İranla mümkün hərbi qarşıdurmanın regiona sıçraması ehtimalı ilə bağlı olsa da, ekspertlər fəlakət ssenarilərinin baş vermə ehtimalını aşağı qiymətləndirirlər. Azərbaycan üçün isə bu qərarın təhlükəsizlikdən çox, turizm imicinə vurduğu dolayı zərər ön plana çıxır.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRETMəsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, bu addım Amerikanın Azərbaycandan istədiyini ala bilməməsinin nəticəsidir: “Amerika Azərbaycandan istədiyini növbəti dəfə ala bilmədi — İrana qarşı. Azərbaycan qətiyyətlə bir daha bəyan etdi ki, öz ərazisindən İranın vurulmasına heç zaman razılıq verməyəcək. Bundan öncə də belə bir sərt bəyanat səsləndirmişdi; hər kəs xatırlayır həmin dövrü. Ona görə də Amerika ən müxtəlif variantlara əl atdı. Naxçıvan üzərindəki məlum hadisənin təxribat olduğu yönündə iddialar boşuna səslənmirdi. Bu da onlardan birinin davamıdır. Naxçıvan hadisəsi baş verən kimi istər-istəməz əsas müzakirə mövzularından biri Azərbaycanla İranı üz-üzə gətirmək üçün bunun təxribat olduğu yönündə idi. İndi həmin iddialar, təbii ki, təsdiqini tapmadı, amma bugün də həmin iddialar Naxçıvan hadisəsi fonunda əsas ön sırada yer alır. Bu da onlardan biridir”.

O qeyd edib ki, ABŞ bu yolla Bakı və Tehran arasında süni gərginlik yaratmağa çalışsa da, Azərbaycan öz xarici siyasət kursuna sadiqdir: “Hesab edirəm ki, ABŞ növbəti dəfə müxtəlif yollarla Azərbaycan və İran arasında soyuq münasibətlər yaratmağa çalışır. Amma Azərbaycan, təbii ki, öz xarici siyasət kursuna sadiqdir. Xüsusilə də İranla bağlı hər zaman xarici siyasət kursuna sadiq qalıb. Arasıra dövlətlərarası münasibətlər kəskinləşsə də, rəsmi Bakı hər zaman öz ərazisindən İranın vurulmasına razılıq verməyəcəyini bəyan edib. Düşünürəm ki, burada, təbii ki, turizm məqsədli — yəni ölkə turizminə böyük zərbə dəyə bilər. Amma Amerika kimi böyük bir fövqəlgücün, supergücün bunu nəzərə alacağını düşünmək sadəlövhlük olardı. Amerika üçün Azərbaycan çox kiçik görünür, Vaşinqtondan çox kiçik görünür. Onun üçün də bir dövlətin turizminə bu cür boş-boş bəyanatlarla zərbə dəyəcəyini nəzərə almır”.

Siyasi şərhçi həmçinin vurğulayıb ki, bu bəyanat turizm sektoruna ciddi zərər vurmayacaq, lakin strateji tərəfdaşlıq prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir: “Amerikalı turistlər bu müraciətdən sonra Azərbaycana gəldilər-gəlmədilər — bu, heç nəyi dəyişmir. Amerikadan gələn turistlər faiz nisbətində kifayət qədər azdır. Xüsusilə də azad etdiyimiz Qarabağ ərazilərinə amerikalı turistlərin maraq göstərməməsi diqqətimizdən qaçmır. Narahat olmağa dəyməz, amma istənilən halda bu, birbaşa ötən ilin avqustun 8-də Ağ Evdə imzalanan məlum paraflanma sənədinin ruhuna ziddir. Eyni zamanda iki ay öncə Vensin Bakıya gəlişi ilə ölkələrarası strateji tərəfdaşlıq sazişinin əldə olunması ruhuna ziddir”.

Oxşarxəbərlər

Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO
Gündəm

Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO

23/09/2026 23:48
954
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR
Gündəm

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR

23/09/2026 23:14
954
“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ
Gündəm

“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ

23/09/2026 20:08
957
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO
Gündəm

3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO

23/09/2026 17:01
955
AYNA tıxaca görə günahı onlarda görür – CAVAB
Gündəm

AYNA tıxaca görə günahı onlarda görür – CAVAB

23/09/2026 15:07
959
Türkiyədə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər – “Həbsxana şəraiti deyil…”
Gündəm

Türkiyədə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər – “Həbsxana şəraiti deyil…”

23/09/2026 14:37
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Emin BU VİDEO ilə MÜHÜM XƏBƏRİ elan etdi – GÖRÜNTÜLƏR

Emin BU VİDEO ilə MÜHÜM XƏBƏRİ elan etdi – GÖRÜNTÜLƏR

24/09/2026 10:18
951
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR

Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR

24/09/2026 09:54
951
Laçında dağlıq ərazidə yanğın – VİDEO

Laçında dağlıq ərazidə yanğın – VİDEO

24/09/2026 09:47
951
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.