Qazaxda ağır qəzada “Opel” markalı minik avtomobilinin sürücüsü 1968-ci il təvəllüdlü M.İbrahimov, onun sərnişinləri – 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-ci il təvəllüdlü F.Mustafayev ölüb.
Gündəm24.az-ın xəbərinə görə, qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1997-ci il Ş.Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsilə toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır./Report














