Bakı-Sumqayıt yolunda təhlükəli hadisə baş verib.
News24.az xəbər verir ki, magistral yolun Biləcəri qəsəbəsindən keçən hissəsində yük maşınının qapılarından biri qopub.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, hərəkətdə olan avtomobilin yük yerinin kənarındakı qapılardan biri çıxaraq yolun hərəkət hissəsinə düşüb.













