Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gündəm24.az xəbər verir ki, Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.
Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.\\musavat.com













