Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Cavan oğlanlar maska taxıb gecələr bura gəlir” – Bakının zibilliklərinin gizli GERÇƏKLƏRİ

25/09/2026 17:21
Hadisə
795 42
“Cavan oğlanlar maska taxıb gecələr bura gəlir” – Bakının zibilliklərinin gizli GERÇƏKLƏRİ
693
Paylaşım sayı
962
Baxış sayı

Bakının küçələri gecələr sakitləşəndə şəhərin işıqları altında insanların çoxunun görmədiyi başqa bir həyat başlayır. Əllərində əlcək, torba, bəzən də sadəcə bir kisə…Onlar zibil qablarını eşələyir, plastik və alüminium qablar, dəmir, metal və satılması mümkün olan digər əşyaları axtarırlar. Tapdıqlarını toplayıb çəkisinə görə təhvil verir, qazandıqları pulla isə çörək, kirayə və gündəlik ehtiyaclarını qarşılamağa çalışırlar.

Musavat.com-un əməkdaşı Bakıda zibillikdən yığdıqlarıyla dolananların ikisi ilə qarşılaşıb.

Onlar zibil qablarından müxtəlif materiallar toplayan qadınlardır. Adlarını açıqlamaq istəmədilər. Amma həyatlarından danışdılar.

Həmsöhbətlərimizdən biri 59 yaşındadır. Deyir ki, əvvəllər müxtəlif işlərdə çalışıb. Xadiməlik edib, aşpaz işləyib.

“Bacarmadığım iş yoxdur”, – deyə bildirir. İndi isə bütün gününü zibil qablarının arasında keçirir.

O deyir ki, bu işə hər gün səhər tezdən başlayır. Onun “səhəri” isə əksər insanlar üçün hələ gecə sayılır:

“Gecə saat 3-dən dururam. Axşama qədər, hətta saat 6-ya qədər işləyirəm”.

Topladığı materialları hər gün satmır. Çünki az miqdarda material üçün alıcı tapmaq çətindir. Buna görə günlərlə yığır, sonra təhvil verir.

Zibil.jpg (316 KB)

Qazancı isə sabit deyil:

“Qiymət oynayır, düşür, qalxır. Mən nə bilim, ay qızım… Evimin pulu çıxsın, çörək pulum çıxsın…” Bu cümlədən sonra susur.

Sanki qazancının məbləğini deməyə ehtiyac yoxdur. Çünki onun üçün söhbət böyük puldan getmir. Söhbət sadəcə yaşamaqdan gedir. Həmsöhbətim kirayədə yaşayır. İki övladı var. Övladlarının artıq böyük olduğunu deyir. Amma onun sözlərinə görə, uşaqları işləmir. Ailəni ancaq zibillikdən yığdıqları ilə dolandırır. Həyat yoldaşı onları illər əvvəl tərk edib.

O, səhhətində yaranan problemlərdən də danışır. Hər şeyin pandemiya dövründə başladığını deyir. Sözlərinə görə, vaksinasiyadan sonra vəziyyəti ağırlaşıb:

“Vaksin vurulandan sonra mən bir ay yemək yeyə bilmədim. Ağzım yara tökdü, dırnaqlarım töküldü, ayağımı yara basdı… 79 kilodan 40 kiloya kimi arıqladım”.

Həmsöhbətim həmin dövrdən sonra əvvəlki iş həyatına qayıda bilmədiyini deyir: “İşə yararsızam. Əlim tutmur, keyiyir, şişir”.

Amma işləməlidir, çünki kirayə, çörək gözləmir. Həyat isə dayanmaq bilmir.

“Qışda zülümdür. Ayağım həmişə göynəyir deyə hər istəyəndə gələ bilmirəm. Ayağımda qan pis dövr edir. Hər an mikrobla, infeksiya ilə xəstələnə bilərəm. Məni Allah saxlayır”.

O deyir ki, bu işlə məşğul olanların sayı az deyil. Əksinə, onun sözlərinə görə, Bakının müxtəlif ərazilərində eyni mənzərə ilə qarşılaşmaq mümkündür.

zibillll.jpg (163 KB)

“Həddən artıq çoxdur. Bütün zibillikləri gəzsən, görərsən ki, hamı zibillikdə eşələnir. Hətta bəzən tapılan zibilin özünün də “sahibi” olur. Zibilxana üstündə dalaşırlar. Yəni bir zibil qabının ətrafında belə rəqabət var. Kim daha tez gəldi, kim daha çox topladı, kim hansı ərazini özünə götürdü”.

Bu insanların həyatında qazanc üçün mübarizə artıq zibil qablarının yanında başlayır. Həmsöhbətim deyir ki, zibil toplayanların arasında kişilər də çoxdur. Onun sözlərinə görə, bəzi kişilər gündüz görünməməyə çalışır, gecə işləyirlər:

“Cavan olanlar maska taxıb zibili gecələr yığırlar. Bəlkə də gündüz insanların baxışlarından çəkinirlər. İstəyərəm ki, qazandığımla heç olmasa ev pulunu verə bilim”.

Bir vaxtlar müxtəlif işlərdə çalışmış, ailəsini öz əməyi ilə dolandırmış 59 yaşlı qadının arzusu budur. Nə bahalı ev istəyir, nə böyük maşın. Sadəcə kirayəsini ödəmək və çörək pulunu çıxarmaq istəyir.

Bakının küçələrində insanlar işə gedərkən, o, zibil qablarına tərəf gedir. Şəhərin bir tərəfində süfrələr açılır, digər tərəfində isə həmin süfrələrdən atılanların içində başqa bir süfrənin ümidi axtarılır.

Həmsöhbətim məndən uzaqlaşıb zibil qablarının yanına qayıdır.

Yenə saat 3-də oyanacaq. Şəhər hələ yatarkən, o, artıq öz ruzisini axtarmağa başlayacaq.

Oxşarxəbərlər

DSX-nin gənc əsgəri vəfat etdi – YENİLƏNİB – FOTO
Hadisə

DSX-nin gənc əsgəri vəfat etdi – YENİLƏNİB – FOTO

15/10/2026 20:09
958
“Tiktok”da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Hadisə

“Tiktok”da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI

15/10/2026 11:57
1k
Məktəbin damı uçdu: Müəllim və 21 şagird öldü – Bu ölkədə
Dünya

Məktəbin damı uçdu: Müəllim və 21 şagird öldü – Bu ölkədə

15/10/2026 11:22
1k
Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü
Hadisə

Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü

15/10/2026 10:57
1k
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Hadisə

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

15/10/2026 09:11
979
Bakıda 20 yaşlı oğlan bıçaqlandı
Hadisə

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

15/10/2026 09:02
969

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

16/10/2026 00:41
953
Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR

Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR

16/10/2026 00:23
977
Moskva Paşinyana Sərt Şərtlərini Açıqladı

Moskva Paşinyana Sərt Şərtlərini Açıqladı

16/10/2026 00:01
972
Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

15/10/2026 23:35
978

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
961

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
977

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
977

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
987

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.