Ötən gün Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.
Gündəm24.az xəbər verir ki, dənizdə batanlardan ikisi – 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu qardaş olublar.
Onların meyiti dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.\\unikal.az













