Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsinə bunu irad tutdu – MƏHKƏMƏ

08/12/2025 18:38
Hadisə
45 3
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsinə bunu irad tutdu – MƏHKƏMƏ
61
Baxış sayı

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama zamanı Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələni idarəyə irad tutub.

Gündəm24.az  xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə prosesdə bildirilib.

Belə ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Tərəflər prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli deyib ki, müvəkkilinin səhhətində problemlər yaranıb:

“Kardioloqun rəyinə görə, onun ürək damarlarında 80 faiz tutulma var. Açıq əməliyyat mümkün olmadığı üçün stend qoyulub. Lakin həkimlər dedilər ki, onun həyatına ciddi təhlükə var və açıq ürək əməliyyatı olunmalıdır”.

Vəkil müvəkkilinin səhəti ilə bağlı sənədlərin işə əlavə olunmasını istəyib. Sözügedən sənədlər iş materiallarına əlavə olunub.

Prosesdə zərərçəkən Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi sual-cavab qismində ifadə verib.

Sual-cavab zamanı İlqar Mustafayevin vəkili deyib ki, Hesablama Palatası idarənin tabeliyində olan şirkətləri ləğv etmədiyini müvəkkilinə irad tutub. O bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsinə görə, bu şirkətləri ancaq Nazirlər Kabineti ləğv edə bilər.

Zərəçəkən tərəfin nümayəndəsi də Hesablama Palatasının iradı ilə razılaşmayıb.

Həmçinin vəkil İsmayıl Kəngərli başqa bir vəsatətini əsaslandırarkən deyib ki, Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində ezamiyyə məsələsi ilə bağlı 2003-cü ilin sənədlərinə istinad edib. Vəkil bildirib ki, bu sənəd küçə süpürülməsi ilə bağlı normalardır. O, sözügedən normativ aktının işə əlavə olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edərək sözügedən sənədi iş materiallarına əlavə edib.

Növbəti iclas dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub

Oxşarxəbərlər

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video
Hadisə

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

27/06/2026 14:00
51
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı
Hadisə

Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı

27/06/2026 13:00
51
Dərnəgül yolunda dəhşətli hadisə – Video
Hadisə

Dərnəgül yolunda dəhşətli hadisə – Video

27/06/2026 12:37
54
Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ
Hadisə

Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ

27/06/2026 12:23
54
Bakı-Sumqayıt yolunda təhlükəli an: Yük maşınının qapısı qopdu – Video
Hadisə

Bakı-Sumqayıt yolunda təhlükəli an: Yük maşınının qapısı qopdu – Video

27/06/2026 11:01
53
Məktəblərə pul ilə müəllim düzəldən HƏBS OLSUNDU
Hadisə

Məktəblərə pul ilə müəllim düzəldən HƏBS OLSUNDU

27/06/2026 09:00
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

27/06/2026 14:00
51
“Nissan” avtomobillərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır

“Nissan” avtomobillərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır

27/06/2026 13:46
51
“İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər”

“İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər”

27/06/2026 13:26
51
Vərəsələrlə bağlı YENİ TƏLƏB

Vərəsələrlə bağlı YENİ TƏLƏB

27/06/2026 13:14
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.