Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şəkidəki faciənin şahidi: “Coşqun mənə əl yellədi, bir neçə saniyə sonra tros qırıldı”

10/09/2026 23:20
Hadisə
805 34
Şəkidəki faciənin şahidi: “Coşqun mənə əl yellədi, bir neçə saniyə sonra tros qırıldı”
694
Paylaşım sayı
964
Baxış sayı

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən “zipline” faciəsinin birbaşa şahidi, mərhum Coşqun Məmmədovun nişanlısı Nazlı xanım hadisənin təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, azərbaycanlı jurnalist Qənirə Ataşova hadisə şahidinin danışdıqlarını sosial media hesabında paylaşıb.

Nazlı xanımın sözlərinə görə, hadisə günü Coşqun, Ucal, Şəbnəm və o, “zipline”ın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəlcə Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Daha sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkməyi planlaşdırıb.
Lakin Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb.

Beləliklə, eyni anda xətt üzərində iki nəfər olub.

Nazlı xanımın sözlərinə görə, Coşqun ona əl yelləyib. Bir neçə saniyə sonra isə qəfil sola doğru hərəkət edib və tros qırılıb. Zərbənin təsirindən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb. Xoşbəxtlikdən o, ciddi xəsarət almayıb.

Hadisənin saat 14:44-də baş verdiyi bildirilir. Nazlı xanım bunu həmin ana aid fotoşəklin vaxt göstəricisinin də təsdiqlədiyini deyir.

Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı xanım bunun Coşquna aid olduğunu düşünüb və onun sağ qalacağına ümid edib.

Onun sözlərinə görə, saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda artıq gec olub:
“Onun mələk üzü, mavi gözləri mən ora çatana qədər açıq idi”.

Nazlı xanım həmin vaxt Ucal və Şəbnəmi də axtarıb. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü gördüyünü bildirib. Onun sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb: “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı…”.

Jurnalist qeyd edir ki, bunlar istintaqın nəticələri deyil, faciənin birbaşa şahidinin ifadələridir və araşdırılmalıdır.

Hadisə ilə bağlı əsas suallardan biri isə budur: Coşqun xətti tamamlamamışdısa, Ucal niyə yola salınmışdı? Eyni xəttdə iki insanın eyni vaxtda hərəkətinə kim icazə vermişdi?

Nazlı xanımın başqa bir fikri isə faciənin yaratdığı ağrını və məsuliyyət məsələsini önə çıxarıb. O, yüksəklikdə işləyən əməkdaşa baxaraq ona yazığı gəldiyini, hətta əlavə pul verməyi düşündüklərini bildirib: “Amma axırda özüm yazıq oldum… İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır”.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində baş verib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşarxəbərlər

Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”
Hadisə

Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”

23/09/2026 12:45
965
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu
Hadisə

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

23/09/2026 12:02
958
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO
Hadisə

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

23/09/2026 12:01
956
Azərbaycanlı iş adamı faciəli şəkildə öldü
Hadisə

Azərbaycanlı iş adamı faciəli şəkildə öldü

23/09/2026 08:48
966
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
Hadisə

Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi

23/09/2026 00:00
958
Məşhur müğənni helikopter qəzasında həlak oldu
Hadisə

Məşhur müğənni helikopter qəzasında həlak oldu

22/09/2026 23:17
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq

İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq

23/09/2026 14:05
957
SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ – SƏBƏB

SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ – SƏBƏB

23/09/2026 13:57
959
Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var

Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var

23/09/2026 13:50
975
40 ilin həkimini işdən çıxarmışdı: vəzifəsindən azad edildi – VİDEO

40 ilin həkimini işdən çıxarmışdı: vəzifəsindən azad edildi – VİDEO

23/09/2026 13:50
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In