İsmayıllıda bədbəxt hadisə baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)














