Sumqayıtda yanğın baş verib.
Hadisə bu gün günorta saatlarında 11-ci mikrorayonda qeydə alınıb. Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, yanğın bina 19-un ikinci mərtəbəsində yerləşən mənzildə olub. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.