Sumqayıtda mikrorayonlardan birində yerləşən fəvvarənin baxımsız vəziyyətdə olması ilə bağlı şikayət var.
Sumqayit24.az-a daxil olan məlumata görə, 10-cu mikrorayonda, köhnə “Qarabağ” kinoteatrının yaxınlığında yerləşən fəvvarə xeyli zamandır təmirsizdir.
Videodan da göründüyü kimi, fəvvarənin üzlük hissəsindəki mozaika və dekorativ örtüklərin bir qismi qopub, bəzi yerlərdə isə üzlük materialı tökülərək alt qat üzə çıxıb.
Vətəndaşlar aidiyyəti qurumdan fəvvarənin təmir edilməsini xahiş edirlər.














