Sumqayıtda piyada səkilərindən birində yaranmış vəziyyət narahatlıq yaradıb.
Sumqayit24.az-a müraciət edən vətəndaşın sözlərinə görə, 45-ci məhəllədə meyvə və tərəvəz satışı üçün quraşdırılan piştaxtalar piyada səkisini və yolun bir hissəsini zəbt edib.
Şikayətçi bildirir ki, bu hal həm piyadaların hərəkətinə mane olur, həm də şəhərin ümumi görünüşünə mənfi təsir göstərir.
“Piyadalar rahat hərəkət edə bilmirlər. Sumqayıtda səkilər və yollar satışa çıxarılıb”, – deyə şikayətçi narazılığını ifadə edib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.














