Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində yaranan sıxlıq narahatlıq doğurur.
Məlumata görə, poliklinikada müraciət edənlərin sayı çox olduğundan insanlar növbədə çətinlik çəkirlər.
Bildirilib ki, növbə sistemi üçün sıra nömrələri verilmir və prosesi tənzimləyən əməkdaş yoxdur. Bu səbəbdən insanlar arasında sıxlıq yaranıb.
Sakinlər aidiyyəti qurumlardan poliklinikada növbə sisteminin təşkil edilməsini və vəziyyətə nəzarətin gücləndirilməsini xahiş edirlər.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.
Mənbə: Bakues.az














