Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaxınlığında partlayış baş verməsi ilə bağlı məlumat yayılıb.
Gündəm24.az-ın xəbərinə görə, Oxu.Az-a açıqlama verən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, sözügedən ünvanda heç bir partlayış hadisəsi baş verməyib, lakin ərazidə olan transformatorun izolyatorlarından biri sıradan çıxıb.
“Hazırda izolyatorun yenilənməsi işi gedir. Ərazidə heç bir elektrik kəsintisi yoxdur”, – deyə V.Aydınoğlu bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu barədə çağırış daxil olmayıb.















