Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, tədbir bu gün, saat 15:00-da start götürəcək. Çempionatda “Sumqayıt”, “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Şamaxı”, “Şəfa”, “Turan Tovuz” və “Zirə” komandaları mübarizə aparacaq.
Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm “Sabah” çempionatın qalibi olub.














