Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AMB sədri qərar imzaladı

01/08/2026 17:09
İqtisadiyyat
792 51
AMB sədri qərar imzaladı
698
Paylaşım sayı
969
Baxış sayı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na dəyişikliklər edib.

Gündəm24.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara görə, hər bir təşkilat şikayət bildirən ödəniş xidməti istifadəçiləri ilə münasibətlərin nizamlanması, onların hüquqlarının müdafiəsi və şikayətlərin baxılması prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırmalıdır.

Şikayətlərə baxılması funksiyası təşkilatın əməliyyat həcminə və ödəniş xidməti istifadəçilərinin sayına müvafiq olaraq yaradılmış struktur bölmə və ya təyin edilmiş məsul şəxs vasitəsilə icra olunur. Bu funksiya Müşahidə Şurasının (olmadığı halda icra orqanının) təsdiqlədiyi şikayətlərə baxılması qaydalarına əsaslanır. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət icra orqanının üzvü (təkbaşına icra orqanı olduqda isə rəhbər) tərəfindən aparılacaq.

İcra orqanı şikayətlərə baxılması funksiyasının səmərəli şəkildə yerinə yetirilməsi üçün lazımi şərait yaradır, zəruri insan resursları və digər vasitələrlə (İT sistemləri, müvafiq informasiya mənbələrinə giriş və s.) təmin edir, həmçinin şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasına şərait yaradır.

Şikayətlərə baxılması funksiyasını həyata keçirən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini icra etmək üçün müvafiq sahədə lazımi bilik və təcrübəyə sahib olmalı, təşkilat tərəfindən onlar üçün müntəzəm təlimlər və seminarlar keçirilməlidir. Maraqlar toqquşmasının qarşısının alınması məqsədilə şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən ayrı fəaliyyət göstərməli, şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətlərə malik olmalıdır.

Bundan əlavə, şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri yerinə yetirir:

– ödəniş xidməti istifadəçilərindən qəbul olunan şikayətlərə baxır və qanunvericiliyin müddəalarına uyğun cavab verir;

– ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması üçün şikayətlərə baxılma prosedurunu, o cümlədən istifadəçilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatan olmasını təmin edir;

– şikayətlərin xarakterindən asılı olaraq ödəniş xidməti istifadəçiləri ilə şifahi müzakirələr aparır, görüşlər keçirir, məsləhət və izahatlar verir;

– şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi həyata keçirir, sorğular göndərir, müvafiq sənədləri tələb edir və onlardan yazılı, həmçinin şifahi məlumatlar alır;

– ödəniş xidməti istifadəçiləri ilə təmasda olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, istifadəçilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təşkil edir;

– ödəniş xidməti istifadəçilərindən daxil olan şikayətlərin reyestrini aparır, reyestrdəki məlumatları müraciət dövrünə və xarakterinə (cavablandırılmış, hazırda araşdırılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul, xidmətlər, eləcə də şikayətin spesifik məzmunu və s. üzrə təsnifatı) uyğun ümumiləşdirir;

– ödəniş xidməti istifadəçilərinin şikayətlərinin əsas səbəblərinə aid statistik məlumatların aparılmasını və konsolidasiyasını təmin edir;

– öz fəaliyyətinin nəticələri barədə hesabatları azı rübdə bir dəfə, ciddi pozuntular baş verdikdə isə növbədənkənar qaydada təşkilatın Müşahidə Şurasına (mövcud olduqda) və icra orqanına təqdim edir;

– ödəniş xidməti istifadəçilərinin hüquqlarının, qanuni maraqlarının və onlara münasibətdə etik davranış normalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, eləcə də Müşahidə Şurasına (mövcud olduqda) müvafiq təkliflər işləyib hazırlayır;

– ödəniş xidməti istifadəçilərinin şikayətləri ilə bağlı Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini koordinasiya edir;

– ödəniş xidməti istifadəçilərinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində təşkilat tərəfindən keçirilən tədbirlərdə iştirak edir.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya səmasında xaos: Vnukovo da daxil olmaqla, 15-ə yaxın aeroport dayanıb

Rusiya səmasında xaos: Vnukovo da daxil olmaqla, 15-ə yaxın aeroport dayanıb

09/10/2026 11:12
951
Fərid Qayıbov və Ramin Məmmədov gənclərin tərbiyəsindən danışdılar – FOTOLAR

Fərid Qayıbov və Ramin Məmmədov gənclərin tərbiyəsindən danışdılar – FOTOLAR

09/10/2026 11:07
951
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09/10/2026 11:03
952
TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

09/10/2026 11:00
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
953

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.