Cümə, Oktyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

29/09/2026 10:14
İqtisadiyyat
792 41
Azərbaycanda benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA
690
Paylaşım sayı
958
Baxış sayı

Rusiya–Ukrayna müharibəsində enerji infrastrukturu əsas hədəflərdən birinə çevrilib. Ukraynanın Rusiya ərazisindəki neftayırma zavodlarına dron hücumlarını intensivləşdirməsi Moskvanın yanacaq bazarında ciddi problemlər yaradıb. Rusiya neftayırma müəssisələrinin bir hissəsində istehsalın dayandırılması və ya əhəmiyyətli dərəcədə azaldılması ölkə daxilində benzin və dizel çatışmazlığını dərinləşdirib, Moskvanı isə yanacaq ixracına məhdudiyyətlər tətbiq etməyə məcbur edib. IEA-nın məlumatına görə, 2026-cı ilin iyununda Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb, dizel istehsalı isə əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb.

Bu proses yalnız Rusiya bazarı ilə məhdudlaşmır. Rusiyanın dünya bazarının mühüm dizel təchizatçılarından biri olması səbəbindən neftayırma güclərinin sıradan çıxması beynəlxalq bazarda da təzyiqi artırır. Qlobal dizel bazarında onsuz da təklif çatışmazlığı yaşanarkən, Rusiya və Yaxın Şərqdən ixracın azalması qiymətlərin rekord həddə yüksəlməsinə səbəb olub.

Rusiyada neftayırma zavodlarına ardıcıl zərbələr ölkənin yanacaq bazarında hansı miqyasda böhran yarada bilər? Mövcud vəziyyəti müvəqqəti çatışmazlıq, yoxsa daha uzunmüddətli problem kimi qiymətləndirmək olar? Rusiyada yaranan yanacaq çatışmazlığının Azərbaycana birbaşa və dolayı təsirləri nələr ola bilər? Azərbaycan daxili bazarında benzin və dizel qiymətləri, yoxsa daha çox logistika və daşınma xərcləri baxımından risk yaradır?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçının fikrincə, proses davam edərsə, Rusiya ixracatçı ölkədən böyük ölçüdə idxalçı ölkəyə çevrilə bilər:

“Rusiyadakı vəziyyət sözün həqiqi mənasında bu gün də ciddidir və getdikcə daha da ciddiləşir. Yəni proses çətinləşir. Çünki emal edilən məhsulların, o cümlədən neft və benzinin emalı və istehsalı prosesləri artıq sürətlə zəifləyir. Müəssisələr sıradan çıxarılır və bu risk getdikcə böyüyəcək. Nəticədə Rusiya ixracatçı ölkədən böyük ölçüdə idxalçı ölkəyə çevrilə bilər. Bu da, təbii ki, iqtisadiyyat üçün əlavə yükdür. Eyni zamanda, bu, məhsul daxilolmalarının həcminə də böyük ölçüdə mənfi təsir göstərəcək, daha doğrusu, idxalda çətinliklər yaradacaq. Çünki bunun üçün böyük maliyyə vəsaitləri tələb olunur. Yəni bir sözlə, bu proses davam edərsə, Rusiyada iqtisadi vəziyyət getdikcə çətinləşəcək. Bu artıq qarşısıalınması çətin olan bir prosesdir. Düşünürəm ki, bunun Azərbaycan üçün böyük ölçüdə mənfi tərəfləri olmayacaq. Çünki Azərbaycan onsuz da benzinin Rusiyadan idxalını son dövrlərdə müəyyən qədər diversifikasiya edib və alternativlər üzərində bu gün də müəyyən təhlillər aparılır. Düşünürəm ki, proses belə davam edərsə, qarşıdakı dövrlərdə, xüsusən də 95 markalı benzinin qiymətində müəyyən qədər artım ola bilər. Çünki Rusiyadan digər istiqamətlər üzrə idxal həyata keçirilərsə, bu, təbii olaraq idxal olunan ölkədə benzinin qiymətinə və logistik xərclərə uyğun olaraq qiymətlərin bir qədər yüksəlməsinə səbəb ola bilər. Amma bunun 2026-cı ildə deyil, növbəti illərdə baş verməsi mümkündür. Yəni benzinin qiyməti bu istiqamətdə davamlı dəyişərsə və Rusiya müəssisələri də davamlı olaraq sıradan çıxarılarsa, belə bir ehtimal yarana bilər”.

İqtisadçı qeyd edib ki, neftin bahalaşması Azərbaycanın neft gəlirləri baxımından müsbət dinamika yarada bilər:

“Bahalı neft Azərbaycana neft gəlirləri baxımından müsbət dinamika yaradır, müəyyən istiqamətdə benzinin qiymətində artımı da müəyyən dövrlər ərzində neft gəlirləri hesabına hansısa formada kompensasiya etmək mümkündür. Dizel yanacağının qiymətinin artması isə böyük ölçüdə kənd təsərrüfatı məhsullarına və fermerlərə təsir göstərə bilər. Amma hazırda həm dizel yanacağının, həm də 92 markalı benzinin istehsalının böyük hissəsi ölkəmizdə həyata keçirildiyindən, bununla bağlı hər hansı ciddi risk olduğunu düşünmürəm.

Yalnız 95 markalı benzinin qiyməti ilə bağlı belə bir ehtimaldan danışa bilərik”.

Oxşarxəbərlər

Qızıl və gümüş ucuzlaşdı
İqtisadiyyat

Qızıl və gümüş ucuzlaşdı

23/10/2026 10:30
953
Pensiyası kəsilənlərin nəzərinə
İqtisadiyyat

Pensiyası kəsilənlərin nəzərinə

22/10/2026 20:45
954
Azərbaycanda internet bahalaşıb – QİYMƏTLƏR
İqtisadiyyat

Azərbaycanda internet bahalaşıb – QİYMƏTLƏR

22/10/2026 20:27
955
Qızıl saxlayanlara PİS XƏBƏR
İqtisadiyyat

Qızıl saxlayanlara PİS XƏBƏR

21/10/2026 09:39
954
Qızıl ucuzlaşdı
İqtisadiyyat

Qızıl ucuzlaşdı

20/10/2026 09:39
962
Qızıl almaq istəyənlərin nəzərinə
İqtisadiyyat

Qızıl almaq istəyənlərin nəzərinə

17/10/2026 10:47
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan səhiyyəsinə ağır itki – FOTO

Azərbaycan səhiyyəsinə ağır itki – FOTO

23/10/2026 17:25
952
Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

23/10/2026 17:23
954
“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

23/10/2026 17:17
953
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

23/10/2026 16:19
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
965

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
960

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.