Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Balığın bahalaşma səbəbi açıqlandı

30/10/2025 10:45
CƏMİYYƏT, Gündəm, İqtisadiyyat
863 9
Balığın bahalaşma səbəbi açıqlandı
721
Paylaşım sayı
1k
Baxış sayı
Bakıda mal ətinin bahalaşmasından sonra bir sıra digər ərzaq məhsullarında, eləcə də balığın satış qiymətində artım qeydə alınıb. Belə ki, son günlər balığın kiloqramında orta hesabla 2-3 manat bahalaşma nəzərə çarpır.
Gündəm24.az xəbər verir ki, Modern.az balığa olan tələbatda mövcud bahalaşmayla bağlı “United Fishes” MMC-nin təsisçisi və direktoru, ixtioloq Niyazi Heybətovla əlaqə saxlayıb.
O açıqlamasında bildirib ki, hazırda göl balıqlarında ciddi bahalaşma müşahidə edilmir:
“Uzun illərdir ki bu balıqların qiyməti demək olar ki sabit qalır. Lakin bəzi balıqlar xaricdən idxal olunduğu üçün onların qiymətində artım baş verir. Xaricdən gətirilən balıqların bahalaşmasının əsas səbəbi isə tətbiq olunan 18 faiz vergidir. Məsələn, 5 manatlıq göl balıqları şirkətə satıldıqda vergi ilə birlikdə qiyməti 6 manat 50 qəpiyə qədər yüksəlir. Mağazalar üzərinə əlavə mənfəət qoyduqda isə həmin balıq 7 manat 50 qəpik və ya 8 manata qədər satılır”.
İxtioloqun sözlərinə görə, hazırda ölkəmizə balıq əsasən İran və Rusiyadan gətirilir:
“Xaricdən idxal olunan bu cür balıqlarda qiymət artımı normal sayılır, çünki satıcılar vergi və daşınma xərclərini ödəməli olurlar. Qeyd edim ki, balıqçılıq hələ də kənd təsərrüfatı məhsulu kimi tam qəbul edilmədiyindən, qiymətlərdə fərqlilik özünü büruzə verə bilir”.
O, həmçinin vurğulayıb ki, son illərdə Xəzər dənizində balıq sayının azalması da müşahidə olunur:
“Əvvəllər “Kütüm” balığı çox olurdu, lakin indi yerli sularda az tapıldığı üçün əsasən bu növ balıqlar İrandan gətirilir. Bu səbəbdən “Kütüm” xeyli bahalaşıb. Bazarlarda dəniz balığı adı ilə satılan “Kütüm”lərin əksəriyyəti isə idxal məhsuludur. Xəzərdə “Kütüm” və digər balıq növlərinin sayı azaldığından onların nəsli tükənmə təhlükəsi ilə üz-üzədir. Həmçinin Xəzərdə də istənilən qədər balıq yoxdur və tutmaq da çətinləşib. Məhz bu səbəblə, dəniz balıqlarında qiymət artımı göl balıqlarına nisbətən daha çox nəzərə çarpır”.
N.Heybətov onu da əlavə edib ki, Azərbaycan neft ölkəsi olduğundan Xəzərdə aparılan sualtı neft-qaz işləri balıqlara birbaşa təsir göstərir:
“Yeni quyuların qazılması və platformaların yerləşdirilməsi zamanı yaranan səs-küy nəticəsində balıqlar Azərbaycan sularından təxminən 70 kilometrədək uzaqlaşır. Böyük balıqlar bu səsə daha həssas olur, xırda balıqlara isə təsir nisbətən daha az olur. Bundan əlavə, neft sızmaları zamanı suyun səthində müəyyən bir təbəqə əmələ gəlir, bu da oksigen çatışmazlığına, eləcə də balıqların yaşayış mühitinin daralmasına səbəb olur.
Habelə, Xəzərə tökülən şirin su mənbələrinin azalması da vəziyyəti çətinləşdirir. Ural və Kür çaylarının dənizə axan su həcmi azaldığından bu da Xəzərin ekosisteminə mənfi təsir göstərir və nəticədə balıq qıtlığı yaranır”.
Hazırda balıqların qiymətində növ və mənşəyindən asılı olaraq fərqlər müşahidə olunur:
Xəzər nərə balığı çox nadir tapıldığı üçün 1 kiloqramı 110 manata qədər olur. Qapalı su hövzələrində, yəni süni şəraitdə saxlanılan balıqların qiyməti isə daha münasib olur. Belə balıqların qiyməti növündən asılı olaraq 1 kiloqram üçün təxminən 20-40 manat arasında dəyişir”,- deyə o qeyd edib.

Oxşarxəbərlər

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə
Gündəm

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
977
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia
Manşet

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi
Manşet

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
967
Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi
CƏMİYYƏT

Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi

09/10/2026 00:21
956
Kimin evində varsa, atmasın: 625 min manata alırlar – FOTO
Manşet

Kimin evində varsa, atmasın: 625 min manata alırlar – FOTO

09/10/2026 00:05
981
Bu ərazilərdə İŞIQ OLMAYACAQ
Manşet

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

09/10/2026 00:01
966

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
977
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
967
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.