Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu şəxslərin gəliri azalacaq – AÇIQLAMA

02/06/2026 15:20
İqtisadiyyat
852 8
Bu şəxslərin gəliri azalacaq – AÇIQLAMA
712
Paylaşım sayı
989
Baxış sayı

Azərbaycanda bankların kart ödənişləri üzrə ticarət obyektlərindən aldığı komissiyalara maksimum hədd müəyyənləşdirilib.

 

Yeni qaydalara əsasən aptek və dərman satışında, eləcə də supermarket və ərzaq alış-verişində komissiya 1,25 faiz, yanacaq satışında 0,75 faiz, digər sahələr üzrə isə 1,5 faizdən çox ola bilməyəcək.

 

Maraqlıdır ki, yeni limitlər bank sektoruna, sahibkarlara və vətəndaşlara necə təsir göstərəcək? Xüsusilə də bankların gəlirlərinin azalmasının kəşbek proqramlarına və digər loyallıq kampaniyalarına təsiri müzakirə olunur. Yeni limitlər “cashback” proqramlarının və bonus kampaniyalarının azalmasına səbəb ola bilərmi?

 

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, yeni limitlər şübhəsiz ki, bonuslara təsir edəcək, hətta təsir edib. Onun sözlərinə görə, artıq bəzi banklar 1 iyun tarixindən “cashback” faizlərini aşağı salacaqları barədə müştərilərə bildirişlər göndəriblər:

 

 

“Xüsusən də müştərilərin ən çox istifadə etdikləri kateqoriyalardan biri olan supermarket və ərzaq alış-verişində azalma olacaq. Çünki nağdsız ödənişlərin böyük bir hissəsi məhz bu kateqoriyanın payına düşür. Digər kateqoriyalarda da azalmanın olacağı qaçılmazdır. Çünki banklar arasında böyük bir rəqabət mövcud deyil. Nağdsız ödənişlər üçün istifadə edilən bank kartları, o cümlədən də POS-terminallar əsasən bir-neçə banka məxsusdur. İndiyə kimi müşahidə etdiyimiz mənzərə ondan ibarət idi ki, bankların müştərilərə verdiyi “cashback” faizləri onların ticarət obyektlərindən aldığı komissiyalardan aşağı olub. Bu isə o deməkdir ki, banklar daha çox müştəri cəlb etmək üçün əlavə vəsaitlər xərcləməyiblər. Sadəcə olaraq ticarət obyektlərindən aldıqları komissiyanın müəyyən bir hissəsini “cashback” kimi müştərilərə ödəyiblər. Mərkəzi Bankın açıqladığı rəsmi açıqlamada bu qərarın əsas hədəfinin nağdsız ödənişləri artırmaq olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, yeni qərarda həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir. Lakin görünən odur ki, bu qərar ən çox təsərrüfat subyektləri üçün faydalı olacaq. Onların banklara ödədiyi komissiyalar azalacaq. Hesab edirəm ki, rəsmi açıqlamada qeyd olunmasa da, Mərkəzi Bank bu yolla həm də inflyasiya təzyiqini azaltmağı hədəfləyə bilər. Bank komissiyalarının yüksək olması dolayı yolla marketlərdəki qiymətlərə təsir edir. Ancaq unutmamaq lazımdır ki, nağdsız ödənişlərlə bağlı proseslərin əsas iştirakçısı vətəndaşlardır. Bu cür qərarlar qəbul olunan zaman ilk növbədə onların maraqları nəzərə alınmalıdır”.

 

İqtisadçı qeyd edib ki, qərar yeni qüvvəyə minib və böyük ehtimalla gələcəkdə vətəndaşların, yəni müştərilərin davranışları bazarda yeni qaydalar formalaşdıracaq:

 

“Əgər “cashback” faizləri azalarsa, müştərilərin nağdsız ödənişlərə marağı azala bilər. Bu zaman banklar müştərilər üçün hansısa əlavə bonus proqramları tətbiq edə bilərlər. Dediyim kimi, dəyişikliyin hansı istiqamətdə olacağını yaxın gələcəkdə görə biləcəyik. İndiki halda görünən odur ki, komissiyalar üçün maksimum həddin müəyyən edilməsi “cashback” faizlərinə təsirsiz ötüşməyib”.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

09/10/2026 16:48
966
Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

09/10/2026 15:29
953
Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

09/10/2026 15:00
956
Bu şayiə erməniləri təşvişə saldı

Bu şayiə erməniləri təşvişə saldı

09/10/2026 14:51
965

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
984

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.