Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yerusəlimdə Azərbaycanla bağlı iclas keçirilir – FOTO

20/11/2025 16:45
İqtisadiyyat
836 17
Yerusəlimdə Azərbaycanla bağlı iclas keçirilir – FOTO
706
Paylaşım sayı
981
Baxış sayı

İsraildə Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçirilir.

Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin “X” hesabında bildirilib.

Komissiyanın iclasına Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin maliyyə naziri Zeev Elkin həmsədrlik edirlər.

Bundan əvvəl Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saarla görüş keçirib.

Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın iclası keçirilir - FOTO

***14:06

Bu gün Yerusəlimdə Azərbaycan və İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Bu barədə  Gündəm24.az–a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasla bağlı Azərbaycan-İsrail Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri artıq başlayıb.

Səfər çərçivəsində nazir İsrailin maliyyə naziri, Birgə Komissiyanın digər həmsədri Zeev Elkin ilə görüşüb.

Görüşdə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan–İsrail Hökumətlərarası Birgə Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin həmsədrliyi ilə keçirilib. Həmin iclasın yekununda tərəflər bir sıra sənədlər imzalayıblar. Bunlara ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş, 2023–2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə daxildir. Bundan başqa, SOCAR ilə İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrailin milli su şirkəti “Mekorot” arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 69 milyon 643,45 min ABŞ dolları təşkil edib. Azərbaycanın İsrailə ixracı 21 milyon 472,45 min ABŞ dolları olub ki, bu da ölkənin ümumi ixracının 0,10 %-inə bərabərdir. İsraildən idxal isə 48 milyon 171 min ABŞ dolları təşkil edib və ümumi idxalın 0,25 %-ni təşkil edib.

Bu ilin birinci yarısında Azərbaycanın İsrail iqtisadiyyatına birbaşa xarici investisiyaları 542 milyon 543 min ABŞ dolları səviyyəsində olub. İllik müqayisədə investisiya həcmi 1 356 dəfə və ya 542 milyon 143 min ABŞ dolları artıb. İsrail istiqaməti Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 40,2 %-ni təşkil edib.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
968
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.