Mingəçevirdə 51 yaşlı kişi tanışını döyərək öldürüb.
Gündəm24.az xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevirdə kafelərdən birinin qarşısında baş verib.
Belə ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
R. Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(apa)













