Türkiyənin Sivas vilayətində baş verən silahlı hücum faciə ilə nəticələnib.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yıldızeli rayonunun şəhər meydanında qeydə alınıb.
Məlumata görə, Yıldızeli Bələdiyyəsinin əməkdaşı Abdullah Hasdemir meydanda gəzərkən naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
Saat 11:30 radələrində baş verən hadisədən sonra əraziyə polis və təcili yardım briqadaları cəlb olunub. Həkimlər Abdullah Hasdemirin bədəninin müxtəlif nahiyələrindən güllə yaraları aldığını və hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.
Araşdırmalardan sonra mərhumun meyiti Yıldızeli State Hospital morquna aparılıb.















