Bakıda 68 yaşlı kişi metroda ölüb.
Gündəm24.az xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında baş verib.
Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından ölüb.
Xətai Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır./Oxu.az/













