Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ayaz Salayevdən SƏRT TƏNQİD: “Rejissorlarda və ssenaristlərdə səviyyə problemi var”

22/09/2026 16:35
Manşet, Müsahibə
854 8
Ayaz Salayevdən SƏRT TƏNQİD: “Rejissorlarda və ssenaristlərdə səviyyə problemi var”
714
Paylaşım sayı
991
Baxış sayı

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev “Yeni Müsavat”ın suallarını
cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Hazırda Vətən müharibəsinə həsr olunmuş “44” bədii filiminin çəkilişləri davam edir. Filmdən müəyyən treylerlər paylaşılır. İzləyirsinizmi?

-Film hazır olanda baxıb bir söz deyə biləcəyəm. Ümumən, bir fikri deyə bilərəm ki, müharibə maraqlı və cazibəli bir tamaşa üçün səbəb ola bilməz. Tank yananda gözəl yanmır, insan öləndə maraqlı ölmür. Müharibəni macəra filminə, treylərə, məhəbbət əhvalatına çevirmək mənim qəbul edə biləcəyim şey deyil.

–Ayaz bəy, bir məsələni də soruşmaq istərdim. Vətən müharibəsindən xeyli vaxt keçib. Biz fərqli ssenarilərlə çoxsaylı kinolar gözləyirdik, amma hələ ki
belə nümunələr çox deyil. Sizcə, bu nədən qaynaqlanır?

-Azərbaycan kinosu xalqımıza, müharibə mövzusuna, qələbəmizə çox borcludur. Çoxsaylı nümunələri görməməyimiz səviyyə məsələsidir. Burada rəhbərliyi
qınamaq olmaz, kinoya gələn adamların səviyyəsi ilə bağlıdır.

"Rus məktəbini bağlasalar, döyüşə hazıram" -  Ayaz Salayev

– Səviyyə deyərkən, kimləri nəzərdə tutursunuz? Söhbət rejissorlardan, ssenaristlərdən gedir?

-Bəli. Kinoya ziyalılar gəlməlidir.

–Niyə o ziyalılar yoxdur? Kinomuzda “yarpaq tökümü” baş verir?

-“Yarpaq tökümü” yoxdur, mən ümumiyyətlə, keçmişdə çəkilən filmlərin çoxunun da pərəstişkarı deyiləm. Böyük təəssüf ki, əsil şah əsərlər qıraqda qalır. Bir Azərbaycan filmi var ki, dünya kinosunun ən gözəl əsərləri sırasına daxildir. Bu, dünya kinosunun incisidir. Amma Azərbaycanda heç kimin xəbəri yoxdur. Söhbət “Mavi dənizin sahilində” filmindən gedir. Bu il o filmin yubileyidir. Yazmışdım ki, bu yubileyi həm Rusiyada, həm Türkiyədə, həm də Parisdə təntənə ilə keçirmək lazımdır. Çünki Parisdə o filmi çox sevirlər. Paris kino xadimləri bu filmin böyük pərəstişkarlarıdır. Amma ölkəmizdə heç kimin vecinə olmadı.

–Hazırda kinomuzda yaşlı nəsillə cavan nəslin mübarizəsi gedir. Yəqin ona görə bu film heç kimin yadına düşməyib...

– Bəli, onunla tam razıyam. İndi süni olaraq yaşlı sənətkarlarla gənc sənətçilərin münaqişəsini yaradırlar. Bu, indi yaranmayıb, əvvəldən belədir. Kino şöbəsinin əvvəlki rəhbərləri süni olaraq bunu yaradırdı. Cavanlarla yaşlılar arasında bir qarşıdurma formalaşdırırdılar. Rejissor Vaqif Mustafayev 70 yaşında film çəkir və mən bu filmdən çox şey gözləyirəm.

-Bildiyim qədərilə, siz özünüz də bədii film ssenarisi yazırsınız. İşlər nə yerdədir?

-İllərdir ssenari üzərində işləyirəm. Bu mənim ssenarimdir, proses gedir, yazıram.

-Ayaz bəy, ssenaridə hansı motivlər olacaq?

-Bu haqda hələlik danışmaq istəmirəm. Müharibə mövzusuna aid deyil.

-Bəs, Azərbaycan kinosunun gələcəyi ilə bağlı bir narahatlığınız varmı, yoxsa optimistsiniz?

-Bəli, narahatlığım məhz yaradıcı tərəflə bağlıdır. ARKA-nın indiki rəhbərliyi əlindən gələni edir. Amma məsələ yaradıcı heyətdədir.

– Düşünürsünüz ki, ssenaristlərimiz, rejissorlarımız, aktyorlarımız Azərbaycan kinosunun gələcəyi üçün kifayət qədər potensiala malik deyillər?

– Rejissorlarda, ssenaristlərdə səviyyə problemi var. Onların səviyyəsi yüksək olanda aktyorların da səviyyəsi qalxır.

– Bəs sizcə nə etməliyik, hansı islahatlar aparılmalıdır?

– Bilmirəm, vəziyyət mürəkkəbdir. Bu islahatlardan asılı deyil, adamların
səviyyəsindən asılıdır.

Ayaz Salayev: Məni "Retro"dan bu səbəbə uzaqlaşdırdılar - MÜSAHİBƏ

– Şəfiqə Məmmədovanın AKİ-yə sədr seçilməsini dəstəkləyənlər və əleyhinə çıxanlar oldu. Siz isə mövqe bildirmədiniz.

– Mən o İttifaqın üzvü deyiləm, ora mənim üçün maraqlı deyil. Nəyə görə? Vaxtilə dəfələrlə demişdim ki, ittifaqlar birləşsə, mən oradan çıxacağam. Birləşəndən sonra elə həmin gün çıxdım, indi heç bir əlaqəm yoxdur.

– Əvvəllər yaradıcı dərnəklər var idi. Onlar aktyorların, yaradıcı adamların cəlb edilməsi baxımından mühüm idi. Bəs indi niyə yoxdur?

– Cavan olanda o imkanı mənə vermədilər, indi bu haqda düşünmürəm. Bunu etmək üçün yaşım keçib.

– Sanki bir qədər ruhdan düşmüsünüz…

-Yox, kim deyir ruhdan düşmüşəm? Ruhdan düşmək mənlik deyil. Ruhdan düşməyə heç vaxtım olmayıb, olmayacaq da. Məsələ özümdə deyil, ətrafdadır. Mən başqa mühitdə formalaşmışam, püxtələşmişəm. Gənc yaşımda Moskvaya getdim və Kinematoqrafiya İnstitutunda təhsil aldım. Gözümü orada açmışam, ona görə mən ruhdan düşə bilmərəm.

Oxşarxəbərlər

İsraildə partlayış — Xeyli yaralı var
Dünya

İsraildə partlayış — Xeyli yaralı var

12/10/2026 16:47
951
Sabah yola çıxanlar bunu nəzərə alsın
CƏMİYYƏT

Sabah yola çıxanlar bunu nəzərə alsın

12/10/2026 16:31
952
Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır
İqtisadiyyat

Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır

12/10/2026 16:28
953
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəldi
Manşet

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

12/10/2026 16:07
952
15 yaşdan kiçik uşaqlara sosial şəbəkəni qadağan edəcəklər
Dünya

15 yaşdan kiçik uşaqlara sosial şəbəkəni qadağan edəcəklər

12/10/2026 16:04
952
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” – VİDEO
Manşet

Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” – VİDEO

12/10/2026 15:47
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsraildə partlayış — Xeyli yaralı var

İsraildə partlayış — Xeyli yaralı var

12/10/2026 16:47
951
Sabah yola çıxanlar bunu nəzərə alsın

Sabah yola çıxanlar bunu nəzərə alsın

12/10/2026 16:31
952
Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır

Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır

12/10/2026 16:28
953
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

12/10/2026 16:07
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
970

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
971

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
957

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.