Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Azərbaycanda insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan işbaz ordusu formalaşır”

24/11/2025 19:01
Manşet, Müsahibə
45 1
“Azərbaycanda insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan işbaz ordusu formalaşır”
58
Baxış sayı

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonundakı “8-ci kilometr” bazarında aparılan monitorinqlər ciddi sanitar-gigiyenik pozuntuların olduğunu göstərib. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, ət, toyuq, balıq və süd məhsulları təhlükəli şəraitdə, düzgün saxlanma və temperatur rejimi olmadan satılır. AQTA vurğulayır ki, yaranmış vəziyyətə görə bazar rəhbərliyi məsuliyyət daşıyır və alıcılara təhlükəsiz şərait yaratmaq onların borcudur.

“Gündəm24.az  Redaktor.az-a istinadən xəbər verir ki, qida eksperti İlkin Şirinov açıqlamasında bildirib: bazarlarda müşahidə olunan antisanitar vəziyyət bu günün problemi deyil.”

“Bu, illərdir yığılıb qalan bir məsələdir. Bu gün bazarlarda görünən mənzərə təkcə görüntü problemi yox, həm də birbaşa insan sağlamlığı üçün təhdiddir. Sahibkarların sistemsiz fəaliyyəti nəticədə bu cür mənzərələrin yaranmasına səbəb olur. Bunun adı sistemsiz fəaliyyətdir. Çünki bu gün orada pul qazanmaq insan sağlamlığını kölgədə qoymaq hesabına baş verirsə, bu, artıq açıq şəkildə sistemsiz fəaliyyət deməkdir. Müşahidə olunan antisanitar durum yalnız sözlə deyil, əməli şəkildə aradan qaldırılmalıdır. Əgər tədbir görülmürsə, məsələ insan sağlamlığı hesabına başa gəlir. Yəni insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan bir işbaz ordusu formalaşır. Problem də məhz budur. Bazarlarda ət, balıq, toyuq, meyvə-tərəvəz çirkli masalarda satılırsa, ətraf milçəklə doludursa, satıcı əlcəksiz fəaliyyət göstərirsə, artıq ortada açıq bir təhlükə var deməkdir. Məsələn, satıcı əlcək əvəzinə qəzetlə balığı götürüb tərəzidə çəkirsə, bu, həm gigiyena pozuntusudur, həm də müştəriyə qarşı açıq hörmətsizlikdir. Burada artıq sərt tədbirlər görülməlidir. “Bir daha olmaz, bir daha eləmərəm” dövrü bitməlidir”.

Ekspert vurğuladı ki, qaydalara əməl etməyən satıcı dərhal bazardan uzaqlaşdırılmalıdır.

“Bir dəfə xəbərdarlıq, ikinci dəfə dərhal uzaqlaşdırma, üçüncü dəfə isə iş yerinin bağlanması – qayda belə olmalıdır. Yumşaq münasibət dövrü qapanmalıdır. Temperatur rejiminə nəzarət pozulursa, həmin məhsullar müsadirə olunmalıdır. Ətdir, toyuqdur, balıqdır – dəfələrlə demişik ki, soyuq qida zənciri pozularsa, bu məhsullar artıq müştəri üçün bir təhlükə mənbəyinə çevrilir. Temperatur rejiminə əməl olunmayan məhsullar satışdan çıxarılmalı və uzaqlaşdırılmalıdır. Bazarlarda çirkli mühit, pis qoxu və milçək varsa, belə bazarların fəaliyyəti dayandırılmalıdır. Təmizlik prosesi gündəlik nəzarətlə həyata keçirilməli, tullantılar vaxtında çıxarılmalı, bazar mütəmadi dezinfeksiya olunmalıdır. Əgər bu tələblər yerinə yetirilmir­sə, bazar bağlanmalı və yalnız bundan sonra bazar rəhbərliyi məsuliyyət daşıdığını hiss edəcək”.

Müsahibimizin fikrincə, bazarlarda aparılan yoxlamalar sadəcə göstəriş üçün olmamalıdır:

“Bu yoxlamalar real təhlükəsizlik məqsədi daşımalıdır. Qanunu pozanlara yumşaq münasibət nəticə etibarilə bu cür antisanitar vəziyyətlərin yaranmasına gətirib çıxarır. Burada istehlakçılar da məsuliyyət daşıyırlar. Təmiz olmayan yerdən mal almamalıyıq. Öz sağlamlığımızı görə-görə təhlükəyə atırıqsa, bu, artıq o deməkdir ki, öz sağlamlığımıza biganəyik. Satıcıdan tibbi arayış tələb etmirik, əlcək geyinməsini istəmirik, əlini çirkli parça və ya səthlərə vurduqdan sonra əti, balığı toxunaraq çəkməsinə etiraz etmirik. Biz tələb etmədikcə bu mənzərə də normal kimi qəbul olunacaq. Bir daha qeyd edirəm: qaydalara əməl etməyənlər üçün sərt tədbirlər görülməlidir. Fəaliyyət dayandırılmalıdır. Bazarda fəaliyyət dayandırılanda rəhbərlik anlayacaq ki, səbəbkar elə özüdür. Oradan pul qazanırsa, qazancını müştəriyə hörmətlə əsaslandırmalıdır. Həmçinin bazarlarda çirkab suların axıdılması, qəssabxana tullantıları, balıq satılan yerlərin tullantılarının açıq ərazilərə atılması qadağan edilməlidir. Ət satılan yerdə yanından qanlı su axırsa və bu normal qəbul edilirsə, problemi dərinləşdirən də elə budur. Hər köşk üçün qapalı tullantı qutuları mütləq olmalıdır”.

Mütəxəssis vurğuladı ki, satıcının gigiyenik qaydalara əməl etməsi, tibbi müayinə keçməsi, işləmə icazəsinin olması, əlcək və önlükdən istifadə etməsi məcburi olmalıdır.

“Bazarlarda mütəmadi monitorinqlər keçirilməlidir. Mən özüm bir dəfə müşahidə etdim: dönər satılır, yanında ət, onun yanında toyuq-balıq, bir az kənarda isə meyvə-tərəvəz. İnsanlar isə heç narahat olmadan buradan alış-veriş edirlər. Hətta elə hallar olur ki, dönər satan həm də ət satır. Biz, istehlakçılar olaraq, bu vəziyyətə münasibət göstərməsək, nəticə daha da bərbad olacaq. Və bir daha deyirəm: nəzarət “göstəriş” xətti ilə deyil, sərt şəkildə aparılmalıdır. Ancaq bundan sonra biz bazarlarda istədiyimiz ab-havanı görə bilərik – ağxalatlı, əlcəkli, xüsusi örtüklü satıcılar ordusunu. Yalnız bundan sonra arzuladığımız nəticələri əldə edə bilərik”, – deyə İlkin Şirinov qeyd etdi.

Oxşarxəbərlər

Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI
Manşet

Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI

26/05/2026 17:04
53
Prezident sərəncam İMZALADI
Manşet

Prezident sərəncam İMZALADI

26/05/2026 17:00
52
“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır
Manşet

“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır

26/05/2026 14:45
59
WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJ
Manşet

WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJ

26/05/2026 13:39
51
Prezidentin Fərmanı ilə yaradılan yeni universitet necə OLACAQ? — EKSPERT AÇIQLADI
Manşet

Prezidentin Fərmanı ilə yaradılan yeni universitet necə OLACAQ? — EKSPERT AÇIQLADI

26/05/2026 10:16
53
Prezident bu sözü ilk dəfə dilə gətirdi – Müşavirənin göstərdiyi gerçəklik
Manşet

Prezident bu sözü ilk dəfə dilə gətirdi – Müşavirənin göstərdiyi gerçəklik

26/05/2026 10:06
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…

Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…

26/05/2026 18:41
50
İsrail bu ölkəni BOMBALADI

İsrail bu ölkəni BOMBALADI

26/05/2026 18:25
50
İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto

İtkin düşən 36 yaşlı qadın axtarılır – Foto

26/05/2026 17:36
50
Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO

26/05/2026 17:25
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
60

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.