Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu

16/09/2026 14:10
Manşet, Siyasət
812 34
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
700
Paylaşım sayı
972
Baxış sayı

Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsi Cənubi Qafqazdan başlayaraq, Avrasiya məkanına qədər uzanan nəhəng coğrafiyada sabitlik zəmanətidir

Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə baxışını, dövlətçilik prioritetlərini və xarici siyasətdə əsas götürdüyü prinsipləri bir daha ortaya qoydu. Dövlət başçısının çıxışında Azərbaycanın bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələrdən tutmuş milli irsin qorunmasına, türk dünyasındakı mövqeyindən Qafqazdakı roluna qədər bir sıra istiqamətlər diqqət mərkəzində saxlanıldı.

Bununla yanaşı, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi, Qarabağda yaşanmış hadisələrin və işğal illərində məhv edilmiş tarixi-mədəni irsin yaddaşda saxlanılması, beynəlxalq münasibətlərdə fərqli yanaşmaların mövcudluğu da dövlət başçısının mesajlarının mühüm hissəsini təşkil etdi. Çıxışda 44 günlük Vətən müharibəsinin nəticələri, Azərbaycanın əldə etdiyi Zəfərdən sonrakı mərhələdə həyata keçirdiyi Böyük Qayıdış prosesi də xüsusi yer aldı.

Prezidentin yanaşmasından aydın görünür ki, Azərbaycan regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq qalır, lakin bu mövqe ölkənin keçmişini və yaşadığı faciələri unutması kimi qəbul edilmir. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış yaşayış məntəqələrinin, dini və mədəni obyektlərin bərpası, uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz torpaqlarına dönüşünün təmin edilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasında göstərilir. Eyni zamanda türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi və İslam dünyasında birlik meyllərinin gücləndirilməsi Azərbaycanın regional və beynəlxalq siyasətində mühüm xətt kimi nəzərdən keçirilir.

Dövlət başçısının çıxışında Azərbaycanın postmüharibə mərhələsində qarşısına qoyduğu hədəflər də aydın şəkildə görünür. Söhbət yalnız ərazi bütövlüyünün bərpasından sonrakı quruculuqdan deyil, həm də güclü dövlət institutlarına, milli-mədəni irsə bağlı cəmiyyətə, regional proseslərdə fəal mövqeyə və beynəlxalq müstəvidə öz maraqlarını müdafiə etmək imkanına malik ölkə modelindən gedir.

Prezidentin ortaya qoyduğu bu tezislər Cənubi Qafqazda formalaşan yeni geosiyasi şəraitə hansı təsirləri göstərə bilər? 

gunay agamali 1

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a dedi ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransdakı proqram xarakterli cari siyasi proseslərin mənzərəsini və Cənubi Qafqazın eyni zamanda bütövlükdə regionun yeni geosiyasi arxitekturasını dəqiq cizgilərlə ortaya qoydu: “Dövlət başçısımızın səsləndirdiyi fundamental fikirlər bir daha sübut etdi ki, Azərbaycan postmünaqişə dövründə qalib tərəf olmaqla yanaşı o cümlədən bölgədə sülhün, təhlükəsizliyin və strateji inkişafın əsas memarıdır. Ölkə başçımızın qətiyyətli bəyanatları fonunda yeni reallıqların doğuracağı nəticələr bir neçə strateji istiqamətdə özünü büruzə verir. Dövlət başçısının “Azərbaycan sülhə və regional əməkdaşlığa sadiqdir, lakin bu, tarixi yaddaşdan imtina anlamına gəlmir” mesajı rəsmi Bakının mövqeyinin real gücə və prinsipiallığa əsaslandığını göstərir. Bu o deməkdir ki, sülh prosesi birtərəfli güzəştlər üzərində deyil, beynəlxalq hüquq və ədalət çərçivəsində qurulmalıdır. İrəvan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın sülh çağırışları qüdrətdən irəli gəlir və rəsmi Bakı milli maraqlarından heç vaxt geri çəkilməyəcək”.

Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda erməni vandallığı tərəfindən törədilən dağıntıların unudulmaması ilə yanaşı, həmin torpaqlarda həyata keçirilən misilsizquruculuq işləri regional inkişafın əsas qüvvəsidir: “Cənab Prezidentin vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərin yenidən dirçəldilməsi tarixi ədalətin bərpasıdır. Bu, həm də gələcək nəsillərə ötürüləcək ən böyük yaddaş, torpağa bağlılığın ən ali təzahürüdür. Azərbaycanın özünü türk dünyasının ayrılmaz hissəsi kimi təqdim etməsi və İslam həmrəyliyinə verdiyi strateji önəm ölkəmizin xarici siyasət miqyasını artırır. Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsi Cənubi Qafqazdan başlayaraq Avrasiya məkanına qədər uzanan nəhəng coğrafiyada sabitlik zəmanətidir. İslam aləmində həmrəyliyin gücləndirilməsi Azərbaycana qarşı beynəlxalq müstəvidə sərgilənən qərəzli və ikili standartlara qarşı güclü siyasi qalxan rolunu oynayır. Dünya nizamında hökm sürən ikili standartların ifşa olunması və Azərbaycanın öz milli maraqlarını hər şeydən üstün tutması Qərbin və digər beynəlxalq güclərin birtərəfli təzyiqlərini heçə endirir. Dövlət başçımız Cənab İlham Əliyevin sərgilədiyi müstəqil xətt göstərir ki, Bakı heç bir kənar diktəni qəbul etmir və yalnız öz xalqının iradəsinə əsaslanır. Azərbaycan güclü dövlət, tarixi yaddaşına sahib çıxan xalq, regional əməkdaşlığın öncül qüvvəsi və milli maraqlarını hər platformada qətiyyətlə qoruyan müzəffər aktordur. Bu reallıqla hesablaşmamaq yalnız səhvə yol vermək istəyənlərin özlərinə baha başa gələ bilər. Regionun gələcəyini məhz Azərbaycanın müəyyənləşdirdiyi möhkəm təməllər və strateji hədəflər formalaşdıracaq”.

Oxşarxəbərlər

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı
Dünya

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

17/10/2026 19:30
952
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək
CƏMİYYƏT

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
955
Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp
Dünya

Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

17/10/2026 17:27
954
Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!
CƏMİYYƏT

Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

17/10/2026 17:11
954
Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi – FOTO
Dünya

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi – FOTO

17/10/2026 16:39
954
Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…
Dünya

Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…

17/10/2026 16:07
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

17/10/2026 19:30
952
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
955
Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

17/10/2026 17:27
954
Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

17/10/2026 17:11
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1000

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.