Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.
Gündəm24.az Fövqəladə Hallar Nazirliyi-nə istinadən xəbər verir ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.













