Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıdan dünyaya mühüm mesaj: Türk, İslam və Qafqaz dünyası eyni çətir altında

17/09/2026 16:05
Manşet, Siyasət
808 25
Bakıdan dünyaya mühüm mesaj: Türk, İslam və Qafqaz dünyası eyni çətir altında
690
Paylaşım sayı
958
Baxış sayı

Azərbaycan mediasında uzun illərdir fəaliyyət göstərən jurnalist Namidə Bingöl son yazısında Prezident İlham Əliyevin dini liderlərlə görüşünü və bu görüşün regional və qlobal müstəvidə daşıdığı mesajları təhlil edib. Müəllif Türk, İslam və Qafqaz dünyasının nümayəndələrinin Bakıda eyni platformada bir araya gəlməsinə diqqət çəkərək, görüşün fonunda formalaşan yeni reallıqlardan bəhs edib.

Namidə Bingöl yazısında xüsusilə dini liderlərin Qarabağ və Şərqi Zəngəzura səfərinin əhəmiyyətini önə çəkib, keçmişin izləri ilə bu gün aparılan bərpa-quruculuq işlərini müqayisə edib.

Musavat.com sözügedən yazını təqdim edir.

“Prezident İlham Əliyevin dini liderlərlə görüşündə coxqütblü dünyanın yeni istiqamətləri aydın oldu.

Fərqli məkanlar eyni çətir altında toplaşdı. Bu dəfə masada hədəflər də, məqsədlər də eyni idi

Görüş həm də ona görə vacib idi ki, müxtəlif coğrafiyalarda yerləşən Türk, İslam və Qafqaz dünyası eyni masa ətrafında əyləşmişdi.

Sirr deyil ki, bu dünyaların hər birinin ayrı-ayrılıqda öz tarixi, öz dəyərləri var. Zaman-zaman onların müxtəlif istiqamətlərdə  fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Amma bu gün onların eyni platformada, eyni mərkəzdə bir araya gəlməsi təsadüfi deyil.

Hazırki qlobal dünyada islamofobiya, türkofobiya meylləri artmaqdadır. Hətta bəzi dairələrdə azərbaycanofobiya meyllərini də müşahidə edirik. Bu əsnada  söyləmək olar ki, yeni reallıqlar fonunda  dialoq və qarşılıqlı anlaşma müstəvisini ənənəyə çevirmək vacibdir.

Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi mesajlar da məhz bu baxımdan diqqət çəkirdi. Amma bu dəfə ortada təkcə mesaj və çağırışlar yox, həm də bir gözlənti vardı.

“Bilirəm ki, səfər zamanı siz Qarabağa da gedəcəksiniz. Mənə verilən məlumata görə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqsınız. Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz”

Bu cümlələrin özü kifayət qədər böyük məna daşıyır.

Çünki Qarabağ və Şərqi Zəngəzura səfər edən Türk, İslam və Qafqaz dünyasının liderləri  əslində keçmişlə gələcək arasında qurulan yolu keçirdilər.

Keçmiş dedikdə isə çox uzaq tarixdən danışmırıq. Söhbət təxminən otuz il davam edən işğal dövründən gedir. Həmin illərdə Azərbaycanın tarixi, dini və mədəni irsi böyük dağıntılara məruz qaldı. Məscidlər, dini abidələr, qəbiristanlıqlar, tarixi-mədəni irs nümunələri dağıdıldı, bir çoxu isə tamamilə xarabalığa çevrildi.

Bu gün isə həmin torpaqlara səfər edən din xadimləri tamam başqa mənzərə ilə qarşılaşırlar.

Onlar dağıdılmış irsin izlərini görməklə yanaşı, onun yenidən həyata qaytarılmasının da şahidi olurlar. Xarabalığın yerində bərpa, boşluğun yerində həyat, keçmişin ağrısının içində isə gələcəyə baxış var.

Düşünürəm ki, reallıqlar fonunda yaranan  mənzərə hər bir dini liderin baxışında fərqli bir iz buraxacaq. Heç şübhəsiz ki, bu, qaçılmazdır.

Sonda bir reallıq da var. Əlbəttə ki, fərqli dünyalarda yaşamaq olar. Bu mümkündür. Amma bir zamanlar bizi ayıran fərqli dünyaların eyni məkanda görüşməsi artıq qeyri-adi görünməyəcək.

Bakı platforması yenə öz sözünü dedi. Türk, İslam və Qafqaz dünyası məkan olaraq Bakıda üz-üzə gəldi. Bu görüş sıradan bir görüş kimi xatırlanmayacaq. Çünki Bakı platformasında əsrlərlə buxovlanan hisslər, pas atan keçmiş və sabaha açılan gələcək danışdı. Bu mənada türk İslam və Qafqaz dünyasının nümayəndələrinin bir araya gəlməsi  həm də Səlib yürüşlərinin yerini tutan bugünkü kollektiv Qərbin hücumlarına  ən yaxşı cavabdır”.

Namidə Bingöl

WhatsApp Image 2026-09-17 at 15.29.31 (1).jpeg (159 KB)

Whatsapp
Whatsapp kanalımıza abunə olun

Oxşarxəbərlər

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“
Manşet

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

17/10/2026 15:00
952
Gənc oğlan binadan yıxılıb öldü
Hadisə

Gənc oğlan binadan yıxılıb öldü

17/10/2026 14:43
951
Bu rayonda ağır qəza:Həyatını itirənlər var
Hadisə

Bu rayonda ağır qəza:Həyatını itirənlər var

17/10/2026 14:23
951
Nasaz avtomobil sürücünün həyatına son qoydu
Hadisə

Nasaz avtomobil sürücünün həyatına son qoydu

17/10/2026 14:13
953
Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Elm və təhsil

Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər

17/10/2026 13:39
953
İranın XİN rəhbəri Bağdada getdi: Gərginlik fonunda kritik görüşlər
Dünya

İranın XİN rəhbəri Bağdada getdi: Gərginlik fonunda kritik görüşlər

17/10/2026 13:18
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

17/10/2026 15:00
952
Gənc oğlan binadan yıxılıb öldü

Gənc oğlan binadan yıxılıb öldü

17/10/2026 14:43
951
Bu rayonda ağır qəza:Həyatını itirənlər var

Bu rayonda ağır qəza:Həyatını itirənlər var

17/10/2026 14:23
951
Nasaz avtomobil sürücünün həyatına son qoydu

Nasaz avtomobil sürücünün həyatına son qoydu

17/10/2026 14:13
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
999

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.