Cümə axşamı, İyun 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dabaq xəstəliyi ətin qiymətinə təsirsiz ötüşməyəcək-İlkin Şirinov

21/10/2025 17:22
CƏMİYYƏT, Manşet, Müsahibə, Özəl
81 0
Dabaq xəstəliyi ətin qiymətinə təsirsiz ötüşməyəcək-İlkin Şirinov
103
Baxış sayı
Ölkə ərazisində heyvanlar arasında qabaqcadan xəbərdarlıq edilən dabaq xəstəliyi sürətlə yayılmaqda davam edir. Yoluxucu virus inək, camış, qoyun, keçi və donuzlarda ağrılı yaralar əmələ gətirir, heyvanların yem yeməsini çətinləşdirir və süd, çəki itkilərinə səbəb olur.  Bəs bu proses ətin qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Gündəm24.az-a açıqlama verən qida eksperti  İlkin Şirinov bildirib ki, belə xəstəliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər xəstəlik yayılmamışdan əvvəl görülməli idi və məsul şəxslər vaxtında addımlar atmalı idilər. “Heyvanların yemlənməsi və saxlanma şəraiti xüsusi diqqət tələb edir. Heyvanların yemlənməsi normalara uyğun aparılmalı, saxlanıldığı yerlər daim nəzarətdə olmalı və müntəzəm olaraq dezinfeksiya edilməlidir. Şəxsi təsərrüfatlarda yem və suyun keyfiyyətinə ciddi nəzarət olunmalıdır. Əks halda, xəstəlik heyvanlara ciddi təsir göstərəcək,” – deyə ekspert vurğulayıb. O əlavə edib ki, əgər heyvanların saxlanıldığı yerlərdə sanitar qaydalar kobud şəkildə pozulursa və ətraf mühit natəmizdirsə, xəstəlik daha geniş miqyasda yayılacaq. O, qeyd edib ki: “Bu kimi hallar yalnız heyvanların sağlamlığı üçün təhlükə yaratmır, həm də bazarlarda ətin qiymətinə təsirsiz ötüşməyəcək. Xəstəlik nəticəsində bazarlarda heyvan qıtlığı yarana bilər və bu, həm ətin, həm də süd məhsullarının qiymətinə ciddi təsir göstərəcək.”  Ekspert həmçinin bildirib ki, xüsusi kəsim məntəqələrində kəsilən heyvanların nümunələri baytarlar tərəfindən laboratoriyada dəqiq analiz olunmalıdır: “Yəni, heyvanlar vizual olaraq yoxlanmamalıdır. Baytarlığın laboratoriyalarında aparılan analizlər nəticəsində heyvanların cəmdəklərinə uyğun müayinə aparılmalı və yalnız nəticəyə uyğun rəy verilməlidir.”  İlkin Şirinov ev təsərrüfatlarında saxlanılan heyvanların yemlənmə və saxlanma şəraitinə xüsusi diqqət göstərilməsini tövsiyə edib. Onun sözlərinə görə, suyun keyfiyyəti, yemin düzgün saxlanması və sanitar qaydaların tətbiqi xəstəliyin yayılmasının qarşısını ala bilər. “Ən əsası, heyvanların saxlanıldığı yerin təmiz olması və sanitar qaydaların qorunmasıdır. Əgər bu qaydalar pozulursa, xəstəlik həm heyvanlara əziyyət verəcək, həm də bazar qiymətlərinə mənfi təsir göstərəcək,” – deyə ekspert vurğulayıb. Ekspertin fikrincə, qabaqlayıcı tədbirlər vaxtında görülməsə, xəstəlik geniş miqyasda yayıla və ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər. Bu baxımdan, heyvan saxlayan təsərrüfatlarda ciddi nəzarət mexanizmlərinin tətbiqi, yem və suyun keyfiyyətinin təmin edilməsi, dezinfeksiya və sanitar qaydaların tam icrası həyati önəm daşıyır. İlkin Şirinov müsahibəsinin sonunda əlavə edib ki, vətəndaşlar ev təsərrüfatlarından alınan heyvan məhsullarını alarkən onların keyfiyyətinə diqqət yetirməli, bazarlarda ətin və süd məhsullarının təhlükəsizliyinə xüsusi önəm verməlidirlər. Elay RZAZADƏ, Gündəm24.az

Oxşarxəbərlər

Rayonda yaşayanlara XƏBƏRDARLIQ!Sabahdan başlayaraq 5 gün müddətinə…
CƏMİYYƏT

Rayonda yaşayanlara XƏBƏRDARLIQ!Sabahdan başlayaraq 5 gün müddətinə…

11/06/2026 12:15
52
Azərbaycanda toylarla bağlı yeni qayda – Bundan sonra belə olacaq
CƏMİYYƏT

Azərbaycanda toylarla bağlı yeni qayda – Bundan sonra belə olacaq

11/06/2026 12:08
52
İyun ayında pensiya alanlarla bağlı VACİB XƏBƏR
CƏMİYYƏT

İyun ayında pensiya alanlarla bağlı VACİB XƏBƏR

11/06/2026 11:57
52
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
CƏMİYYƏT

Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?

11/06/2026 11:54
51
Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri
Manşet

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? – VACİB AÇIQLAMA
CƏMİYYƏT

Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? – VACİB AÇIQLAMA

11/06/2026 11:18
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Aparıcı Şəbnəm anasından danışıb ağladı – VİDEO

Aparıcı Şəbnəm anasından danışıb ağladı – VİDEO

11/06/2026 12:37
52
“Arzum”un vəsatəti təmin edilmədi

“Arzum”un vəsatəti təmin edilmədi

11/06/2026 12:25
52
Hücum nəticəsində həlak olan kapitan dəfn edildi

Hücum nəticəsində həlak olan kapitan dəfn edildi

11/06/2026 12:17
53
Rayonda yaşayanlara XƏBƏRDARLIQ!Sabahdan başlayaraq 5 gün müddətinə…

Rayonda yaşayanlara XƏBƏRDARLIQ!Sabahdan başlayaraq 5 gün müddətinə…

11/06/2026 12:15
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
70

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

09/06/2026 15:19
57

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

08/06/2026 12:02
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In