Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıtda “Dədə-baba Yurdun Varisləri: 2 Fevral Sumqayıt Gənclərinin Görüşü” adlı möhtəşəm tədbir keçirilib

02/02/2026 10:32
CƏMİYYƏT, Manşet, Qərbi Azərbaycan
90 1
Sumqayıtda “Dədə-baba Yurdun Varisləri: 2 Fevral Sumqayıt Gənclərinin Görüşü” adlı möhtəşəm tədbir keçirilib
35
Paylaşım sayı
115
Baxış sayı


Gündəm24.az xəbər verir ki, Sumqayıt şəhərində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Dədə-baba Yurdun Varisləri: 2 Fevral Sumqayıt Gənclərinin Görüşü” adlı genişmiqyaslı tədbir təşkil olunub. Heydər Əliyev Mərkəzində keçirilən tədbir Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir başlamazdan əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və gənclər siyasətinin formalaşdırılmasında misilsiz xidmətləri dərin ehtiramla yad edilib.

Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilib. Açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə ilk çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov gənclər gününün əhəmiyyətindən, gənclərin milli yaddaşın qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan məsələsinin təkcə tarixi deyil, həm də mənəvi məsuliyyət daşıdığını vurğulayaraq, bu missiyanın daşıyıcısının məhz gənclər olduğunu bildirib. Qeyd olunub ki, bugünkü gənclik yalnız müasir Azərbaycanın deyil, həm də dədə-baba torpaqlarının canlı yaddaşıdır və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında aparıcı qüvvə kimi çıxış edir. Sumqayıtın “Gənclər Paytaxtı” statusu da bu baxımdan gənclərin ictimai fəallığının və vətənpərvərlik ruhunun göstəricisi kimi dəyərləndirilib.

Ardınca Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, Sumqayıtın hər zaman gənclərin fəallığı, enerjisi və təşəbbüskarlığı ilə seçildiyini bildirib. Vurğulanıb ki, şəhərin 2025-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan olunması dövlətin gənclərə göstərdiyi etimadın və diqqətin bariz nümunəsidir. Çıxışda qeyd edilib ki, şəhər rəhbərliyi gənclərin təhsil, karyera, ictimai fəaliyyət və şəxsi inkişaf imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Gənclərin dövlətçiliyin möhkəmləndirilməsində, milli ideyaların təbliğində və cəmiyyətin inkişafında fəal rol alması xüsusi vurğulanıb.

Tədbirdə daha sonra Abşeron-Xızı Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sevinc Qasımova çıxış edib. O, rəhbərlik etdiyi mərkəzin əsas fəaliyyət istiqamətlərindən danışaraq, gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar kadr kimi formalaşdırılması və vətənpərvər ruhda yetişdirilməsi üçün həyata keçirilən layihələri diqqətə çatdırıb. Bildirilib ki, Sumqayıt gəncləri aktivliyi, təşəbbüskarlığı və ictimai proseslərdə iştirakı ilə regionda nümunə göstərilir. Qərbi Azərbaycan mövzusuna gənclərin xüsusi həssaslıqla yanaşması və bu istiqamətdə fəallıq nümayiş etdirməsi yüksək qiymətləndirilib.


Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin Gənclər şurasının sədri Fuad Məmmədov Sumqayıtda gənclər üçün yaradılan imkanlardan və “Dədə-baba Yurdun Varisləri” mövzusunun ideoloji məzmunundan danışıb. Bildirib ki, bu cür tədbirlər gənclərin milli şüurunun formalaşmasına, vətənpərvərlik ruhunun güclənməsinə və tarixi yaddaşın qorunmasına mühüm töhfə verir.

Sonra Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin idarə heyətinin üzvü Akif Şahbazov çıxış edib. O, gənclərin elmə, tarixə və milli-mənəvi dəyərlərə marağının güclü dövlət quruculuğunun əsas şərti olduğunu bildirib. Qeyd olunub ki, təcrübə ilə gəncliyin enerjisi birləşdikdə daha böyük nəticələr əldə olunur. Gənclərə tariximizi dərindən öyrənmək, mütaliəyə xüsusi önəm vermək və milli kimliyə sahib çıxmaq tövsiyə edilib.


Daha sonra, icmanın üzvü, Sumqayıt Dövlət Universitetinin gənc müəlliməsi Gülçin Qasımova çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsi, tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsində oynadığı rolu xüsusi vurğulayıb. O həmçinin gənclərin elm və təhsil sahəsində qazandığı uğurların və onların bu sahədəki fəal rolundan danışıb.

Sonda tədbir çərçivəsində ictimai fəallığı və təşəbbüskarlığı ilə seçilən bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Fərmanlar onlara gənclər siyasətinin həyata keçirilməsində və ictimai fəaliyyətlərdə göstərdikləri aktivliyə görə təqdim edilib.

Təltif olunan gənclər göstərilən diqqət və dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

 

Oxşarxəbərlər

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb
CƏMİYYƏT

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
53
İlham Əliyev sərəncam imzalayıb
Manşet

İlham Əliyev sərəncam imzalayıb

25/05/2026 22:29
54
Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi…
CƏMİYYƏT

Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi…

25/05/2026 22:05
55
Bu telekanal Elşad Miriyə qadağa qoydu – SƏBƏB
CƏMİYYƏT

Bu telekanal Elşad Miriyə qadağa qoydu – SƏBƏB

25/05/2026 21:40
54
Azərbaycanda yeni zavodlar yaradılacaq
CƏMİYYƏT

Azərbaycanda yeni zavodlar yaradılacaq

25/05/2026 21:31
55
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
CƏMİYYƏT

Bəzi şəxslərə pulsuz mənzillər veriləcək

25/05/2026 21:13
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
53
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

25/05/2026 23:12
53
TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

25/05/2026 22:31
55
Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

25/05/2026 22:30
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
65

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
58

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.