Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş Türkmənistanda baş tutmayıb.
“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan yerli mediaya açıqlamasında deyib.
“Belə bir formatda görüş baş tutmayıb”, – deyə o bildirib.
Rusiyanın “Kommersant” qəzeti isə bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda keçirilən Xəzər sammitindən sonra qapalı görüş keçirdiklərini yazmışdı.













