Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əliyevin Zəngəzur açıqlaması TÜRKİYƏDƏ GÜNDƏM OLDU!

12/08/2026 16:30
Manşet, Siyasət
45 3
Əliyevin Zəngəzur açıqlaması TÜRKİYƏDƏ GÜNDƏM OLDU!
61
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.

Gündəm24.az  Azərtac-a istinadla xəbər verir ki, qardaş ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, xəbər portalları və qəzetləri Azərbaycan liderinin açıqlamalarını çoxmilyonlu auditoriyası ilə bölüşüb, həmçinin Prezident İlham Əliyevin müsahibəsindən sitatlar dərc edib.
“Türkiye” qəzeti “Zəngəzur dəhlizi genişlənir! Əliyev məsələni ətraflı izah etdi” sərlövhəli məqaləsində Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirən marşrutun Türkiyə və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.
Qəzet oxucularını Azərbaycan Prezidentinin bəyanatları ilə tanış edərək vurğulayıb ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sadəcə dəmir yolu və avtomobil yolu deyil. Qəzet Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasına nail olunması ilə bağlı sözlərini sitat gətirərək qeyd edib: “Bu marşrut gələcəkdə fiber-optik kabel, elektrik xətləri və zərurət yarandıqda, neft və qaz boru kəmərləri üçün də istifadə edilə bilər”.
“Hürriyet”, “Milliyet”, “Star” və digər qəzetləri də öz oxucularına Prezident İlham Əliyevin bəyanatlarını təqdim edib.
“Anadolu” xəbər agentliyi “Azərbaycan Prezidenti Zəngəzur dəhlizini qiymətləndirir” sərlövhəli məqaləsində Zəngəzur dəhlizi məsələsinin həllini tapdığı 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton sammitinin nəticələrini xatırladıb.
Agentlik dövlət başçısının Ermənistan sərhədinə dəmir yolu xəttinin çəkilməsi və Naxçıvanda dəmir yolu işləri ilə bağlı fikirlərini abunəçiləri ilə bölüşüb. Qeyd olunub ki, Bakı bu nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarını ildə azı 15 milyon tona çatdırmağı hədəfləyir.
Agentlik Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının qonşu ölkələrə yaratdığı təhlükə ilə bağlı sözlərinə xüsusi diqqət yetirib. “Anadolu” Azərbaycan Prezidentinin bu barədə fikirlərini sitat gətirib: “….Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.
Türkiyənin populyar televiziya kanalları “HaberGlobal”, “HaberTürk” və “Ulusal TV” də Azərbaycan Prezidentinin bəyanatları ilə bağlı reportajlar yayımlayıb, həmçinin müvafiq xəbərləri veb-saytlarında və sosial media səhifələrində yerləşdirib.

Oxşarxəbərlər

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!
Manşet

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
59
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan
Manşet

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65
Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ

13/08/2026 21:50
58
Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!
CƏMİYYƏT

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
83
Bu BÜRCLƏRİN həyatı alt-üst olacaq
Manşet

Bu BÜRCLƏRİN həyatı alt-üst olacaq

13/08/2026 19:46
56
Prezident BU QANUNU TƏSDİQLƏDİ – Mühüm qərar!
Manşet

Prezident BU QANUNU TƏSDİQLƏDİ – Mühüm qərar!

13/08/2026 16:30
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
51
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
51
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
83

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In