Xalq artisti Elmira Şabanova dəfn edilib.
Mərhumun nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. Noyabrın 25-də 86 yaşında Bakıda vəfat edib. O, “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb. Onun xüsusilə “Səhər”, “Qəm pəncərəsi”, “Təhminə”, “Fəryad” və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub. Aktrisa 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
11:19
Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi başa çatıb













