Nərmin adlı müştəri “Adore” mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib.
Gündəm24.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdən sonra gözlərində allergiya yaranıb.
Müştəri vaxtı keçmiş məhsulları mağazaya qaytarmaq istəsə də, iddiasına görə, mağaza məhsulları geri qəbul etməyib.//axşam.az













