Çərşənbə, Avqust 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?

19/08/2026 16:22
Manşet, Siyasət
41 2
Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?
54
Baxış sayı

Yaxın Şərqdə və Qafqazətrafı regionda geosiyasi gərginliklərin saniyəbəsaniyə artdığı, diplomatiyanın sərt bəyanatlarla əvəz olunduğu bir dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdığı son bəyanatlar bütün dünyanın diqqət mərkəzinə çevrilib. Türkiyə lideri İsraillə mümkün müharibə ehtimalı və ölkəsinin təhlükəsizliyi ilə bağlı sualları cavablandırarkən son dərəcə qətiyyətli və sərt mövqe nümayiş etdirib. Ərdoğan açıq şəkildə bildirib ki, rəsmi Ankara hər zaman sülhün tərəfdarıdır və heç vaxt müharibə arzusunda deyil, lakin əgər kimsə sülh üçün yox, birbaşa məhv etmək və ya təcavüz məqsədilə Türkiyəyə qarşı hərbi addım atmağı planlaşdırırsa, Türkiyə bundan qətiyyən çəkinməyəcək və zəruri cavabı verəcək: “Mən bunu tam məsuliyyətlə və açıq şəkildə deyirəm.”

Qeyd etmək lazımdır ki, son aylarda Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə qopma nöqtəsinə gəlib çatlb; xüsusilə İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa təzyiq göstərərək Türkiyəyə F-35 qırıcılarının satılmasının qarşısını almağa çalışması, habelə qarşıdan gələn oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkiləri ərəqəsində Netanyahunun seçki kampaniyasını məhz anti-Türkiyə ritorikası üzərində qurması iki ölkə arasında nifrət toxumlarını səpib. Hakim “Likud” partiyasının Tel-Əvivin mərkəzindəki nəhəng reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın fotosunu İranın ali lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-Yorkun meri Zöhran Mamdani ilə birlikdə “düşmən” obrazında yerləşdirməsi, üzərinə isə “Bunlar Netanyahunun məğlub olmasını istəyirlər, onların qalib gəlməsinə imkan verməyin” şüarlarını yazması Türkiyə cəmiyyətində və mətbuatında sərt qəzəbə səbəb olub. Belə bir partlayış təhlükəsi olan həssas fonda Türkiyə prezidentinin xüsusilə “Məkkə Sazişi”nə işarə edərək, hər hansı bir xarici hücum baş verəcəyi təqdirdə sazişə daxil olan dövlətlərin birgə zəruri addımlar atacağını vurğulaması Tel-Əvivə açıq-aşkar göz dağı kimi qiymətləndirilir. Bütün bu hadisələr fonunda cəmiyyəti haqlı olaraq narahat edən suallar qalmaqdadır: görəsən, bu kəskin qarşıdurma seçkiqabağı sadəcə siyasi şou və söz davasıdır, yoxsa regionda həqiqətən də qlobal müharibənin fitili çəkilir, və əgər nəzəri müharibə ssenarisində “Məkkə sazişi” və ya digər regional ittifaqlar işə düşərsə, Azərbaycanın bu qlobal qarşıdurmada mövqeyi nədən ibarət olacaq?

Gündəm24.az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı açıqlama verən tanınmış siyasi ekspert Elçin Xalidbəyli qeyd edib ki, Türkiyə ilə İsrail arasında yaranmış bu dərin böhran sadəcə seçkiqabağı populist şüarlar çərçivəsindən çoxdan çıxıb və Yaxın Şərqdə yeni, daha dağıdıcı hərbi-siyasi konfrontasiyanın başlanğıc xəttini təşkil edir: “İsraildə hakimiyyəti qoruyub saxlamağa çalışan Benyamin Netanyahunun daxili auditoriyanı səfərbər etmək üçün Türkiyəni və şəxsən Prezident Ərdoğanı əsas hədəf kimi göstərməsi anklav daxilində radikal dairələrin təzyiqi ilə bağlıdır, lakin Ankara bu təhdidləri sadəcə səssizcə izləmək niyyətində olmadığını qəti şəkildə ortaya qoydu.” Onun sözlərinə görə, Ərdoğanın səsləndirdiyi xəbərdarlıqlar və “Məkkə Sazişi” kimi strateji məqamlara toxunması onu göstərir ki, Türkiyə yalnız öz sərhədlərini deyil, həm də İslam dünyasındakı geosiyasi maraqlarını qorumaq üçün hərbi güc tətbiq etməkdən çəkinməyəcək: “Əgər İsrail radikal dairələrinin təhriki ilə bölgədəki gərginliyi bir üst mərhələyə daşıyarsa və Türkiyəyə qarşı hər hansı bir birbaşa təxribata və ya hərbi addıma əl atarsa, bu, bütövlükdə Yaxın Şərqi və Aralıq dənizi hövzəsini bürüyəcək qlobal miqyaslı müharibəyə səbəb ola bilər.”

Ekspert qeyd edib ki, belə mürəkkəb və təhlükəli geosiyasi ssenaridə Azərbaycanın mövqeyi və seçimi xüsusi həssaslıq kəsb edir, çünki Bakı həm qardaş Türkiyənin strateji müttəfiqidir, həm də regionda sülhün və sabitliyin qorunmasında maraqlıdır: “Azərbaycan hər zaman balanslaşdırılmış, lakin milli maraqlara söykənən xarici siyasət yürüdür; bir tərəfdən Türkiyə ilə qardaşlıq münasibətləri və sarsılmaz müttəfiqlik öhdəlikləri mövcuddur, digər tərəfdən isə Bakı regionda hər hansı böyük güclər arasındakı qlobal toqquşmanın ölkəmizə və iqtisadi layihələrimizə mənfi təsir göstərməsinin qarşısını almaq üçün son dərəcə təmkinli və ehtiyatlı diplomatik xətt izləyəcək.” Xalidbəyli vurğulayıb ki, Azərbaycan dövləti həm Tel-Əvivlə, həm də Ankara ilə mövcud əlaqələrini milli təhlükəsizlikprioritetləri çərçivəsində tənzimləyir, lakin Türkiyəyə qarşı yönələn hər hansı real hərbi təhdid olarsa, rəsmi Bakının qardaş ölkənin yanında olacağı şübhə doğurmur: “Lakin ümid edirik ki, tərəflər vəziyyətin idarəolunmaz həddə çatmasına imkan verməyəcək və diplomatik mexanizmlər işə düşəcək, əks halda qarşıdakı payız ayları bütün region üçün çox sərt sınaqlarla yadda qalacaq.”

Oxşarxəbərlər

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ
Elm və təhsil

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

19/08/2026 17:35
50
Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR
Hadisə

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
54
Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı
Manşet

Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

19/08/2026 16:59
50
Kiberdələduzlar insanları necə aldadır? – Bunu mütləq OXUYUN
CƏMİYYƏT

Kiberdələduzlar insanları necə aldadır? – Bunu mütləq OXUYUN

19/08/2026 16:48
58
“Həyatda özündən başqa heç kimin yoxdur” – Rəqsanənin qızı
Manşet

“Həyatda özündən başqa heç kimin yoxdur” – Rəqsanənin qızı

19/08/2026 16:16
65
Azərbaycana müdaxilə ssenarisi: Rusiya ilə bağlı ŞOK İDDİA
Manşet

Azərbaycana müdaxilə ssenarisi: Rusiya ilə bağlı ŞOK İDDİA

19/08/2026 14:26
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

19/08/2026 17:35
50
Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
54
Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

19/08/2026 17:04
54
Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

19/08/2026 16:59
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

19/08/2026 08:05
57

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
98

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
67

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.