Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, bina 2A ərazisində müşahidə olunan mənzərə bir daha göstərir ki, Sumqayıt Elektrik Şəbəkəsi öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmir. Elektrik xətlərinin təhlükəsizlik qaydalarına zidd, primitiv üsullarla, hətta əski parçası ilə bağlanması açıq şəkildə səhlənkarlığın və nəzarətsizliyin göstəricisidir.
Elektrik təsərrüfatı insanların həyatı ilə birbaşa bağlı sahədir. Belə bir sahədə bu cür vəziyyətin yaranması qəbulolunmazdır. Qısaqapanma, yanğın və elektrik cərəyanı vurması riski göz önündə olduğu halda problemin vaxtında aradan qaldırılmaması ciddi suallar doğurur.
Ən narahatedici məqam isə odur ki, sakinlərin müraciətlərinə baxmayaraq təhlükəli vəziyyət uzun müddət dəyişməz qalır. Görəsən, məsul şəxslər hadisənin ciddiliyini anlamaq üçün mütləq faciə baş verməsini gözləyirlər
Gündəm24.az olaraq hesab edirik ki, Sumqayıt Elektrik Şəbəkəsi bu vəziyyətlə bağlı ictimaiyyətə aydın izahat verməli, təhlükəni dərhal aradan qaldırmalı və səhlənkarlığa yol verən əməkdaşlar barədə qanunvericiliyə uyğun tədbirlər görməlidir. İnsan həyatı heç bir səhlənkarlığın və laqeydliyin qurbanına çevrilməməlidir. Aidiyyəti qurumlar bu çağırışa dərhal reaksiya verməlidirlər.