Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı nümayiş olunub.
Gündəm24.az xəbər verir ki, proqramda festivalın təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva ilə yanaşı, bir çox gənc solistlər çıxış ediblər. Solistlər yerli və xarici bəstəkarların repertuarlarından parçalar səsləndiriblər.
Qeyd edək ki, Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı 7 sentyabr – 7 dekabr tarixlərində Bakı və Azərbaycanın müxtəlif şəhərləri, eləcə də xarici ölkələrdə keçiriləcək və silsilə konsert proqramları təşkil olunacaq.
Festivalın mühüm istiqamətlərindən biri “Gənc səslər gələcəyə səslənir” layihəsidir. Layihənin əsas məqsədi Azərbaycanın istedadlı gənc vokal ifaçılarını üzə çıxarmaq, onların peşəkar səhnədə çıxış imkanlarını genişləndirmək və gənclərin opera sənətinə marağını artırmaqdır./axşam.az















