Fransada məktəblərdə başlayan etirazlar universitetlərə də yayılıb. Aksiyalar zamanı 15 yaşlı şagird polisə məxsus gözyaşardıcı qaz balonunun partlaması nəticəsində əlindən ağır xəsarət alıb.
Gündəm24.az Sputnik Türkiye-yə istinadən xəbər verir ki, ölkə üzrə yüzlərlə məktəb tam və ya qismən fəaliyyətini dayandırıb. Şagirdlər müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu və təhsil şəraitindən narazılıqlarını bildirirlər.
Etirazlara universitet tələbələri də qoşulub. 40-a yaxın universitet binasının aksiya iştirakçıları tərəfindən mühasirəyə alındığı qeyd olunur.
Baş nazir Sebastyan Lekornu tələbələrin tələblərinin dinlənilməli olduğunu bildirib və hökumətə onların beş əsas tələbini nəzərdən keçirməyi tapşırıb.
Gündəm24.az














