Çərşənbə axşamı, Oktyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

29/04/2026 13:33
CƏMİYYƏT, Manşet, Qərbi Azərbaycan
830 25
Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR
708
Paylaşım sayı
983
Baxış sayı

Aprelin 27-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, Nizami Kino Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib.

Gündəm24.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər – “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Strateji təhlil sektorunun müdiri Dağlar Yusifov Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin tanıdılması, gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib, həmin istiqamətdə həyata keçirilən layihələrin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli kimlik şüurunun güclənməsinə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət etdiyini diqqətə çatdırıblar. Eyni zamanda, vurğulanıb ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik dəyərlərinə bağlı, savadlı və təşəbbüskar nəslin formalaşmasına mühüm töhfə verir.

Daha sonra layihə çərçivəsində keçirilən intellektual oyunun qalibləri – Bakı Dövlət Universitetinin komandası, “Data Qorqud” komandası və “Triple 7” komandasının üzvləri təltif olunublar.

Forum öz işini panel müzakirələrlə davam etdirib.

“Qərbi Azərbaycan İrsi: tarix, mədəniyyət və ənənələrdən müasir dövrümüzə körpü” mövzusunda ilk panel sessiya keçirilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluq etdiyi müzakirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət TV-nin direktor müavini, Prezident mükafatçısı Bəhruz Niftəliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti, “İrəvan” ansamblının bədii rəhbəri Maya Qafarova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, multimedia rəssamı, kino və teatr üzrə quruluşçu rəssam Vüsal Rəhim çıxış ediblər. Paneldə Qərbi Azərbaycanın zəngin tarixi irsi, musiqi və poeziya ənənələri, milli sənət nümunələri, bu dəyərlərin müasir yaradıcı platformalarda yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.

Daha sonra “Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması” mövzusunda ikinci panel sessiya təşkil edilib. “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, rəssam Elçin Hüseyn, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri, CreART Mədəniyyət Klubları Şəbəkəsinin Dəstəklənməsi Proqramının rəhbəri Bəxtiyar Quluzadə çıxış ediblər. Sessiyada gənclərin milli irsin təbliğində rolu, təşəbbüslərin institusional dəstəklənməsi, yaradıcılıq platformalarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb./Azərtac

Forum bədii hissə də nümayiş etdirilib.

Oxşarxəbərlər

Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR
Manşet

Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR

27/10/2026 18:10
957
İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA
Dünya

İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA

27/10/2026 16:07
953
NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?
Manşet

NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?

27/10/2026 15:57
954
Tacir Şahmalıoğlu Fədayə Laçından gileyləndi: “Yolunu gözlədim” – VİDEO
Manşet

Tacir Şahmalıoğlu Fədayə Laçından gileyləndi: “Yolunu gözlədim” – VİDEO

27/10/2026 15:29
953
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
CƏMİYYƏT

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

27/10/2026 15:20
957
Kiçik pomidorlarda böyük təhlükə! – XƏBƏRDARLIQ EDİLDİ
CƏMİYYƏT

Kiçik pomidorlarda böyük təhlükə! – XƏBƏRDARLIQ EDİLDİ

27/10/2026 15:09
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR

Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR

27/10/2026 18:10
957
AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb

AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb

27/10/2026 16:21
953
İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA

İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA

27/10/2026 16:07
953
NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?

NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?

27/10/2026 15:57
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR

Sumqayıtda Qərbi Azərbaycan həqiqətləri və deportasiya yaddaşı müzakirə olunub-FOTOLAR

27/10/2026 18:10
957

Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

27/10/2026 08:52
959

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

26/10/2026 13:56
1.1k

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In